Məhkəmə qərarları › İş №2(029)-428/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-428/2023

27.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-428/2023 27.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X4 və Qusar 1 saylı mediasiya təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər X4 və Qusar 1 saylı mediasiya təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, onun və X3 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X6 iştirakı ilə bağlanmış, onun və X3 birgə nikahlarından olan uşaqları 09 iyun 2017-ci il təvəllüdlü X7 hər həftənin bazar günləri saat 10:00-dan 18:00-dək Birinci tərəfin, yəni onun yaşadığı Qusar rayonunun Düztahir kəndində görüş günlərinin təyin edilməsinə dair 05 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciəti ilə əlaqədar ödədiyi 100(yüz) manat dövlət rüsumunun və mediasiyada barışıq sazişinin təsdiq edilməsi üçün ödədiyi 200 (iki yüz) manatın, ümumilikdə 300 (üç yüz) manat pulun X2 alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 21 noyabr 2016-cı il tarixdə nikahı rəsmi qeyd etdirməklə X5 ilə evlənmişdir. Həmin nikahdan onların 09 iyun 2017-ci il tarixə X11 adlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, X2 ayrılmışdır. Onların aralarındakı nikah X3 iddiası üzrə Qusar Rayon Məhkəməsinin 20 avqust 2020ci il tarixli, 2(029)-325/2020 saylı qətnaməsinə əsasən pozulmuş, boşanmadan sonra azyaşlı uşağı X1 Gülnar Ramiddin qızının yanında qalması, həmin uşağın saxlanması üçün ondan X3 xeyrinə hər ay qazancın dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. O, X5 ilə birgə nikahdan olan uşağı 09 iyun 2017-ci il təvəllüdlü X11 ilə ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair təkliflə X4, daha sonra isə maraqlı şəxs Qusar 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra X5 ilə uşaqla ünsiyyət məsələsində olan mübahisəni mediasiya vasitəsi ilə həll etməyə razılaşmışlar. 05 aprel 2023-cü il tarixdə onun, X3 və maraqlı şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru X6 arasında xx.xx.2023-cü il tarixli 3 tərəfli barışıq sazişi imzalanmışdır. X5 birgə nikahdan olan uşaqları 09 iyun 2017-ci il təvəllüdlü X7 hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək Birinci tərəfin, yəni onun yaşadığı Qusar rayonunun Düztahir kəndində onunla görüşməsinə razılıq vermiş, bu barədə də aralarında mediatorun da iştirakı ilə 3 tərəfli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin bağlanmasından 10 gün müddət keçməsinə baxmayaraq X5 barışıq sazişində nəzərdə tutulmuş uşağı ilə görüş günlərinin icrasını təmin etmir, barışıq sazişini icra etməkdən boyun qaçırır. X5 ilə bağlanan barışıq sazişinin 8-ci bəndinə əsasən saziş könüllü icra edilmədiyi halda tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. X5 ilə bağlanan barışıq sazişinin 9-cu bəndinə əsasən sazişin məcburi icrası ilə əlaqədar məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, lakin X5 həmin müddət ərzində barışıq sazişini könüllü icra etməmişdir. Ərizəçin məhkəmə iclasında ərizəni müdafiə etmiş, ərizədəki xüsusatlərı təsdiq edərək izahatında bildirmişdir ki, 05 aprel 2023-cü il tarixdə Qusar 1 saylı Müdiasiya təşkilatında üç tərəfli barışıq sazişi imzalanaraq Gülnar ilə birgə nikahlarından anadan olmuş 09 iyun 2017-ci il təvəllüdlü Elgün adlı uşaqla hər həftənin bazar günü 10:00-dan 18:00-dək onun yaşadığı ünvan 1ində onunla görüşməsinə razılığa gəlmişlər. Lakin o, uşağı görmək üçün Gülnarın həyətinə gedəndə Gülnarın anası əlində yaba ilə qarşısına çıxaraq uşağı verməkdən imtina etmişlər. Dörd ildir ki, o, uşağı görmür, uşağı görmək istədiyini bildirəndə uşağın gah babasının evində olduğunu gah da xəstə olduğunu deyiblər. O, uşağın saxlanması üçün hər ay 130 manat aliment verir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Qusar 1 saylı Mediasiya təşkilatının mediatorı X8 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və X5 (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, “Tərəflər” uşaqla görüş günlərinin müəyyən edilməsi barədə aşağıdakı şərtlərlə razılığa gəlmişlər. Hər həftənin bazar günü saat 10:00-dan 18:00-a kimi “Birinci tərəf”-in (Ərizəçi) yaşadığı ünvan 1ində müəyyən olunmasına dair razılığa gəlmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və maraqlı şəxs X5 21 noyabr 2016-cı il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 09 iyun 2017-ci il təvəllüdlü X11 adlı uşaq doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə uşaqla görüş günlərinin təyin edilməsinə ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, 09 iyun 2017-ci il təvəllüdlü X11 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-a kimi Ərizəçi yaşadığı ünvan 1i ünvanında müəyyənləşdirilməsinə dair X5 ilə razılığa gəlmişlər. Bundan sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X5 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X6 iştirakı ilə azyaşlı uşaq 09 iyun 2017-ci il təvəllüdlü X11 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-a kimi Ərizəçi yaşadığı ünvan 1ində görüş günlərinin təyin edilməsinə dair imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 (yüz) manat dövlət rüsumu və mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 200 manat, ümumilikdə 300 (üç yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə X5 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X6 iştirakı ilə 09 iyun 2017-ci il təvəllüdlü X11 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-a kimi “Ərizəçi yaşadığı ünvan 1ində görüş günlərinin təyin edilməsinə dair imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq olunsun. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar