Məhkəmə qərarları › İş №2(029)-430/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-430/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-430/2024 16.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 barəsində, onun 23 fevral 2003-cü il tarixində Qusar rayonun Köhnə Xudat kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X9 23 fevral 2003-cü il tarixində Qusar rayonunun Köhnə Xudat kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. X1 vəfat etməsi ilə əlaqədar heç bir səhiyyə təşkilatına və Qusar rayon X2 Qeydiyyatı Şöbəsinə (indiki Maraqlı şəxs) heç kim tərəfindən heç bir məlumat verilməmişdir. Mövcud vəziyyətdə Maraqlı şəxsndə X13 vəfat etməsi haqqında qeydiyyat aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi, məhkəmə qaydasında onun barəsində ölümün qeyd edilmə faktının müəyyən edilmədən, mümkün deyildir. Belə ki, müraciətinə əsasən Maraqlı şəxs tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli və № 54 olan arayışla təsdiq olunur ki, Maraqlı şəxsndə X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin Maraqlı şəxs tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli № 05- Q-xx-xx-2024 olan məktubunda qeyd edilib ki, Bəkərov Muxtarın barəsində məhkəmə qaydasında ölümün qeyd edilməsi faktı müəyyən edilmədən Qeydiyyat şöbəsi tərəfindən onun barəsində ölüm haqqında akt qeydinin aparılması mümükün deyildir. X13 şəxsiyyətini müəyyən edən digər sənədlər saxlanılmadığına görə onun anadan olmasına dair Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış ərizəyə əlavə edilib və mərhumun onun doğma atası olması, surəti həmin ərizəyə əlavə edilmiş doğum haqqında şəhadətnamələ təsdiq olunur. Bəkərov Muxtarın 23 fevral 2003-cü il tarixində Qusar rayonunun Köhnə Xudat kəndində vəfat etməsi və onun həmin kəndin qəbiristanlığında dəfn edilməsi Qusar RİHB-nin Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş № 62 olan xx.xx.2024-cü il tarixli arayış, Qusar rayon Dövlət arxivi tərəfindən verilmiş № 433 olan xx.xx.2019-cu il tarixli arayış və 31 yanvar 202-cü il tarixli Aktla təsdiq olunur. X15 barəsində ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi ona vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədə qeyd edilmiş xüsusatları təsdiq etmiş və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.1927-ci il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuşdur. X4, anası X6r. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 62 saylı arayışdan görünür ki, mərhum X9 23 fevral 2003cü il tarixində Qusar rayonun Köhnə Xudat kəndində vəfat etmişdir və Köhnə Xudat kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş xx.xx.2019-cu il tarixli 433 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon İHB-nin Köhnə Xudat inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 2001-2005ci illərin Köhnə Xudat kəndi üzrə 2№li Təsərrüfatbaşma kitabında şəxsi hesab nömrəsi 107 olan təsərrüfatın ailə üzvləri siyahısında göstərilmiş X5 2003-cü ildə vəfat etdiyini qeyd edilmişdir. İşdə olan X3, X11 və X7 tərəfindən tərtib olunmuş 31 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Qusar rayonun Köhnə Xudat kəndində yaşamış və həmin kənddə qeydiyyatda olmuş X9 həqiqətən 23 fevral 2003- cü il tarixində Qusar rayonun Köhnə Xudat kəndində vəfat etmişdir və Köhnə Xudat kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli 54 saylı arayışdan görünür ki, xx.xx.1927-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunun Köhnə Xudat kəndində anadan olmuş X5 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1927-ci il təvəllüdlü X9 23 fevral 2003-cü il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir.Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X1 23 fevral 2003-cü il tarixində Qusar rayonun Köhnə Xudat kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi atası X5 23 fevral 2003-cü il tarixində Qusar rayonun Köhnə Xudat kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar