Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-431/2024 23.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-cı il tarixdə Qusar şəhərində anadan olmuş X6 10 avqust 1997-ci il tarixdə Qusar şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun qardaşı X11 14 mart 1965-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. X11 10 avqust 1997-ci İ tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhər qəbirstanlığında dəfn edilmişdir. X2 vəfat etməsi barədə müvafiq icra hakimiyyəti orqanında qeydiyyat aparılmamış və həmin səbəbdən də onun ölümü haqqında şəhadətnamə almaq mümkün olmamışdır. X1 vəfat etməsi faktının müəyyən edilməsi miras əmlakla bağlı sənədləşmə işlərinin aparılması üçün zəruridir. Maraqlı şəxs 10 saylı, 12.01,2024-cü il tarixli arayışından da görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. X6 xx.xx.1997-ci il tarixdə vəfat etməsi və Qusar şəhər qəbirstanlığında dəfn olunması faktı ərizəsinə əlavə etdiyi Qusar RİHB-nın Qusar şəhər İƏÜ nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 338 saylı arayışı və xx.xx.2024-cü il tarixli akt, həmçinin ərizəyəyə əlavə edilmiş fotoşəkillərlə tam sübuta yetir. Ərizəyə əlavə etdiyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 05/Q- 15-2024 №-li məktubu ilə X6 ölümünün qeyd alınmasından imtina edilmiş və bu barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan ИЖ 217139 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Naqibək oğlu xx.xx.1954-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. X3, anası X5r. İşdə olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X13 xx.xx.1965-ci ildə Qusar şəhərində anadan olmuşdur. X4, anası X5r. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 25 yanvar 2024-cü il tarixli 338 saylı arayışdan görünür ki, həqiqətən xx.xx.1965-ci ildə Qusar şəhərində anadan olmuş X11 10 avqust 1997-ci il tarixdə vəfat etmiş və Qusar şəhər l№li qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Ərizəçi, X9, X7, X15 və X8 tərəfindən tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1965-ci ildə Qusar şəhərində anadan olmuş X11 10 avqust 1997-ci il tarixdə vəfat etmiş və Qusar şəhər qəbiristanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X16 xx.xx.1965-ci ildə anadan olmuş, 10 avqust 1997-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli 3-39-9/2-2179/24 saylı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xitmətindən verilmiş məktubdan görünür ki, Dövlət Təhlükəsizliyi xidməti İstintaq baş idarəsində 14 mart 1965-ci il təvəllüdlü X6 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş məktubdan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda 14 mart 1965-ci il təvəllüdlü X10 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-93/2- 8890/2024 saylı məktubun surətindən görünür ki, 14 mart 1965-ci il təvəllüdlü X6 xəbərsiz itkin düşməsi haqqında Qusar rayon Polis Şöbəsində hər hansı bir məlumat yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli 3-38-2/33-1742/24 saylı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, 14 mart 1965-ci il təvəllüdlü X6 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, 14 mart 1965-ci il təvəllüdlü X6 10 avqust 1997-ci il tarixdə Qusar şəhərində ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və xx.xx.1965-cı il tarixdə Qusar şəhərində anadan olmuş X6 10 avqust 1997-ci il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1965-cı il tarixdə Qusar şəhərində anadan olmuş X6 10 avqust 1997-ci il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-431/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-431/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver