Məhkəmə qərarları › İş №2(029)-447/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-447/2024

01.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-447/2024 01.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “torpaq” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2.7061 ha, 1.5466 ha, 1.9333 ha və 4.2483 ha torpaq sahələrinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən,iddianın baxılmamışsaxlanmasıüçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlışəxsümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatətiüzrə, onlar məhkəmə iclasında iştiraketməmələrinin və bu haqda məhkəməyə məlumatverməmələrininüzürlü səbəblərdən başverməsi haqqında sübutlar təqdimetdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarlaərizənin baxılmamışsaxlanması barəsindəöz qərardadını ləğv edir. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı Cavabdeh qarşı “torpaq” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat (qəbz N-**********) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatətiüzrə, onlar məhkəmə iclasında iştiraketməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin114.1.5, 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “torpaq” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh qarşı “torpaq” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat (qəbz N-**********) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə iddiaçı təkrarən ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar