Məhkəmə qərarları › İş №2(029)-450/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-450/2025

05.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-450/2025 05.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək X1 xx.xx.2024-cü il tarixdə Qusar rayonu Əniğ kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı X3 xx.xx.2024-cü il tarixdə Qusar rayonu Əniğ kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlıqda dəfn olunmuşdur. Lakin, bacısı Sovqat Beybutova vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, əvvəlcə Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət edərək mərhum X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, lakin həmin sənədin verilməsi mümkün olmamış, həmin publik hüquqi şəxs tərəfindən 19 fevral 2025-ci il tarixli məktub verilmişdir. Həmçinin, Maraqlı şəxsnə müraciət edərək mərhum bacısının adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin orada bildirmişlər ki, mərhum Sovqat Beybutovanın ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X4 həqiqətən də, 11 sentyabr 2024-cü il tarixdə vəfat etməsi və Qusar rayonu Əniğ kənd qəbirstanlıqda dəfn edilməsi Qusar rayon İHB-nın Əniğ kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 5- 63-27/2-B-38-xx-xx/2025 saylı arayışla tam təsdiq olunur. Ona görə də, hesab edir ki, mərhum X4 11 sentyabr 2024-cü il tarixdə Qusar rayonu Əniğ kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbini müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, onun bacısı Sovqat vəfat edəndə xəstəxanaya müraciət olunmalı olduğunu bilməmişlər. Bacısı evli olmamış, ata evində yaşamışdır. Bacısı Sovqat vəfat etdikdən sonra yaşadıqları Qusar rayonu Əniğ kənd qəbirstanlığında dəfn edilmişdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Ərizəçi onun həm qohumu, həm də qonşusudur. Ərizəçinin bacısı Sovqat vəfat edəndə ona ölüm haqqında şəhadətnamə əldə edilməmişdir. Sovqat vəfat etdindən sonra o, həmin şəxsin yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Sovqat isə bacısı olmuşdur. Bacısı Sovqat vəfat etdikdən sonra ölüm haqqında şəhadətnamə əldə edə bilməmişlər. Bacısı Sovqat subay olmuş, qəfil vəfat etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İİİ-JQ 395182 və AZ ******* saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə 02 yanvar 1965-ci il təvəllüdlü X1 valideynləri eyni olmaqla onlar bacı-qardaşdırlar. İşdə olan Qusar rayon İHB-nın Əniğ kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-63-27/2-B-38-xx-xx/2025 saylı arayışdan görünür ki, Qusar rayonu Əniğ kənd sakini X3 11 sentyabr 2024-cü ildə həmin kənddə vəfat etmişdir. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-54/3-186/2025 saylı arayışdan görünür ki, Ərizəçi bacısı X1 ölüm faktı ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, ölümün qeydiyyatı gecikdiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil və ölüm faktının müəyyən edilməsi, ölüm şəhadətnaməsinin verilməsi üçün Qusar rayon məhkəməsinə müraciət edə bilər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli 3-16-5/8-xxxx/2025 saylı məktubdan görünür kiX1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1965-ci ildə anadan olmuş X1 11 sentyabr 2024-cü il tarixdə Qusar rayonu Əniğ kəndində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə anadan olmuş X1 xx.xx.2024-cü il tarixdə Qusar rayonu Əniğ kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar