Məhkəmə qərarları › İş №2(029)-463/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-463/2022

19.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-463/2022 19.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun X1 13 dekabr 2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə və müvafiq qeydiyyatın aparılmasının Maraqlı şəxsnə həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 18 avqust 1981-ci il tarixdə X4 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. O, hal-hazırda vərəsəlik məsələsini həll edir. Bunun üçün X1 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Lakin, arvadı qəflətən öldüyü üçün o və ya digər qohumları, X3 ölümünü Qeydiyyat şöbəsində qeydə aldırmamışlar. X1 13 dekabr 2020-ci ildə ölməsini təsdiq edən sənədi əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, X1 ölümü Maraqlı şəxsndə qeydə alınmadığına görə ona X3 ölümü barəsində şəhadətnamə verməkdən imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. X1 13 dekabr 2020-ci ildə ölməsi 10.02.2021-ci il tarixli aktla, məzar daşının şəkli ilə təsdiq olunur. Beləliklə, ərizəsində istinad etdiyi hüquq normalarına və əlavə etdiyi sənədlərə əsasən X1 13 dekabr 2020-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, məhkəmə iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək bildirmişdir ki, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İİ-ЖГ 420864 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında 18 avqust 1981-ci il tarixdə Qusar rayonu Yuxarı Qələnxur kənd sovetində 9 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Əlifxanova” soyadı verilmişdir. İşdə olan X9, X6, X7, X10 və X2 10 fevral 2021-il tarixdə tərtib etdikləri və Qusar rayon İHB-nın Qələnxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, həqiqətən Bakı şəhərində qeydiyyatda olan, Qusar rayonu Zuxul kəndində yaşamış X4 13 dekabr 2020-ci ildə vəfat etmişdir. Qusar rayon Zuxul kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Bakı şəhəri 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 05.03.2021-ci il tarixli 265 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan ünvan 2rəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli 180 saylı arayışdan görünür ki, Ərizəçi Qusar rayonu Zuxul kəndində müvəqqəti yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 18.03.2021-ci il tarixli 05/Q-35/15 saylı məktubdan görünür ki, X3 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 148 saylı 18 mart 2021-ci il tarixli arayışdan görünür ki, X4 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi tapılmamışdır. İşdə olan X3 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 26.02.1954-cü il tarixdə anadan olmuş, 13 dekabr 2020-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Yuxarı Qələnxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 10.02 2021-ci il tarixli 28 saylı arayışdan görünür ki, 26.02.1954-cü il təvəllüddlü, Bakı şəhərində qeydiyytada olan X4 həqiqətən vəfat edənə kimi son iki il Qusar rayonu Zuxul kəndində yaşamışdır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından elektron Çıxarışdan görünür ki, X4 26.02.1954-cü ildə Qusar rayonu Zuxul kəndində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin arvadı X4 13 dekabr 2020-ci il tarixdə Qusar rayonu Zuxul kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum arvadı Gülarə Əlifxanovanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 26.02.1954-cü il təvəllüdlü X3 13 dekabr 2020-ci il tarixdə Qusar rayonu Zuxul kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 26 fevral 1954-cü il təvəllüdlü X3 13 dekabr 2020-ci il tarixdə Qusar rayonu Zuxul kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar