Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-47/2020 03.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh, maraqlı şəxslər X3, X6, X4 və X8 qarşı torpaq sahəsinə dair payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, maraqlı şəxslər X3, X6, X4 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Seriya RX ******* saylı xx xxxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun, X1, Cavabdeh, X5, X2 və X7 ümumi birgə mülkiyyətlərində olan 0.39 hektar həyətyanı torpaq sahəsinə dair hər bir mülkiyyətçiin mülkiyyət payının 1/6 hissə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-213/2019 saylı qərardadı ilə həmin mülki iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə əsaslandırılmış rəy təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzin tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 30570 nömrəli ekspet rəyi Qusar rayon məhkəməsinə daxil olmuş, mülki iş üzrə icraat təzələnmiş və nülki işin məhkəmə baxışı xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə iddiaçı, cavabdeh və maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4. maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6. maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçının, cavabdehin və maraqlı şəxslərin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh, maraqlı şəxslər X3, X6, X4 və X8 qarşı torpaq sahəsinə dair payların müəyyən edilməsi tələbinə dairmülki iş, iddiaçı, cavabdeh və maraqlı şəxslər məhkəmə iclasına gəlmədiklərinə görə baxılmamış saxlansın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-47/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-47/2020
03.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver