Məhkəmə qərarları › İş №2(029)-47/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-47/2025

15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-47/2025 15.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan JN-0258 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Z nömrəli planşetində göstərilən Qusar rayonu, Mucuq oba kəndi ərazisində yerləşən 0.2948 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması və həmin torpaq sahəsindən cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərinin əvəzinin ödənilməsi, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN-0258 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (bundan sonra “Dövlət Aktı”) əsasən, həmin aktın Z nömrəli planşetində göstərilən Qusar rayonu, Mucuq oba kəndi ərazisində yerləşən 0.2948 ha torpaq sahəsi (bundan sonra “Torpaq Sahəsi) Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10/6 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X3 və onun ailə üzvləri X10 və İddiaçı (bundan sonra “Mülkiyyətçilər”) mülkiyyətinə verilmişdir. Torpaq Sahəsi Mülkiyyətçilər tərəfindən heç kimə satılmamışdır və ya hər hansı başqa yolla özgəninkiləşdirilməmişdir. 2022-ci ilin payız aylarında X1 Sahəsinin Cavabdeh MMC tərəfindən zəbt olunduğunu və bağ salındığını aşkar etmişdir. Cavabdehin nümayəndəsi X4 torpaq X14 uyğun olaraq mülkiyyətçilərə məxsus olduğu bildirilsə də, torpaq sahəsi cavabdeh tərəfindən geri qaytarılmamışdır və onun əvəzinə heç bir kompensasiya ödənilməmişdir. xx.xx.2023-cü il tarixində X2 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Torpaq Sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini və bağ salındığını bildirmiş və faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.3-cü maddəsi ilə cinayət işinin başlanmasını xahiş etmişdir. Ərizə üzrə Qusar Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar (bundan sonra “Qərar”) qəbul edilmişdir. Qərarın təsviri hissəsində təsdiq edilir ki, Torpaq Sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Xidmətinin nümayəndəsinin (bundan sonra “Nümayəndə”) iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Torpaq Sahəsində cavabdeh tərəfindən iki cərgə gilas ağacları əkilib. Eyni zamanda Qərarda qeyd olunub ki, nümayəndə cavabdehin adına Torpaq Sahəsinə dair **********95 saylı çıxarışın (bundan sonra “Çıxarış”) olduğunu bildirmişdir. Bunu əsas götürərək, Qusar Rayon Polis Şöbəsi cinayət işinin başlanmasını rədd etmişdir. Lakin qeyd etmək lazımdır ki, Çıxarış 60,82 ha torpaq sahəsini əhatə edir və onun iddianın predmeti olan 0.2948 ha torpaq sahəsini əhatə etdiyini təsdiq edən heç bir məlumat və ya sənəd təqdim olunmayıb. Yəni, Qusar Rayon Polis Şöbəsi Nümayəndənin şifahi sözlərinə əsaslanaraq, məsələni tam araşdırmadan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bu hal, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə uyğun olaraq Məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməsi üçün əsasdır. Cavabdeh MMC məhkəməyə etiraz ərizəsilə müraciət edərək, iddia tələbi ilə razı olmadığını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi X15 məhkəmə iclasında iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Mucuq kəndində yerləşən 60.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh MMC-nin mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-11051/2024 saylı mütəxəssis rəyinən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, JN-0258 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus Qusar rayonun Mucuq kəndində yerləşən torpaq sahəsindən hal-hazırda istifadə olunmadığından naturada olan ölçülərini təyin etmək mümkün olmamışdır. İddiaçı məxsus Qusar rayonun Mucuq kəndində yerləşən torpaq sahəsinin künc koordinatlarını TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən naturada müəyyən etmək mümkündür. İddiaçı tərəfindən JN-0258 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddia olunan 258 Z planşet nömrəli 0.2948 hektar torpaq sahəsi hal-hazırda Cavabdeh MMC-nin xüsusi mülkiyyətinə aid olmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 60.82 hektar olmaqla, **********95 reyestr nömrəli çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 10/9387 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, JN-0258 nömrəli (kod********) torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı məxsus Qusar rayonu Mucuq kəndində yerləşən torpaq sahəsindən hal-hazırda istifadə olunmadığından naturada olan ölçülərini təyin etmək mümkün olmamışdır. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus Qusar rayonu Mucuq kəndində yerləşən torpaq sahəsinin künc koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların electron kadastr uçotu məlumat bazasına əsasən naturada müəyyən etmək mümkündür. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Babayevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı tərəfindən JN-0258 nömrəli (kod********) Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddia olunan 258 Z planşet nömrəli 0.2948 hektar torpaq sahəsi hal-hazırda Cavabdeh MMC-nin xüsusi mülkiyyətinə aid olmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 60.82 hektar olmaqla, **********95 reyestr nömrəli çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 10/9387 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən də tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-11051/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 10/9387 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X8 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir Göründüyü kimi, məhkəmə tədqiqatı zamanı Cavabdeh MMC tərəfindən iddiaçıya məxsus torpaq sahəsində onun mülkiyyət hüququnu hər hansı şəkildə pozması öz təsdiqini tapmamış, əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-11051/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 10/9387 saylı ekspert rəyi ilə təkzib olunmuşdur. İddiaçı və onun ailə üzvlərinə tam mülkiyyət hüququ üzrə məxsus olan Qusar rayonu, Mucuğ kəndində yerləşən 2.46 ha torpaq sahəsinin 0.2948 ha hissəsindən qanunsuz şəkildə cavabdeh "xxxx" MMC tərəfindən zəbt etməsi sübuta yetirilmədiyindən, iddia tələbində qeyd edilən mülkiyyətində olan JN-0258 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktfnın Z nömrəli planşetində göstərilən Qusar rayonu, Mucuq oba kəndi ərazisində yerləşən 0.2948 ha torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması və həmin torpaq sahəsindən cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərinin əvəzinin ödənilməsi, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 31 yanvar 2024-cü il tarixli 10/9387 saylı rəy üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar