Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-501/2024 26.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər X7 və Qusar 1 saylı Mediasiya təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər X7 və Qusar 1 saylı Mediasiya təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, onun və üçüncü şəxs X6 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X9 iştirakı ilə bağlanmış, üçüncü şəxs X10 tərəfindən birgə nikahdan olan uşaqları 31 iyul 2007-ci il təvəllüdlü X2 üçün hər ay cəmi 150 (yüz əlli) manat aliment verilməsinə razılığına dair 11 aprel 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciəti ilə əlaqədar ödədiyi 100 (yüz) manat dövlət rüsumunun, vəkil xidmətindən istifadəyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına ödədiyi 100 (yüz) manat hüquqi yardım haqqının və mediasiya prosesi ilə Qusar 1 saylı Mediasiya təşkilatının hesabına ödədiyi 100 (yüz) manat mediasiya xərclərinin, ümumilikdə 300 (üç yüz) manat pulun üçüncü şəxs X5 alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə rəsmi nikah qeyd etdirmədən cavabdeh X10 ilə evlənmişdir. 11 iyul 2007-ci il tarixdə aralarında nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan onların 31 iyul 2007-ci il tarixdə X8 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdeh X5 ayrılmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları Mansur onun himayəsində qalmışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-773/2016 saylı qətnaməsinə əsasən cavabdeh X5 azyaşlı uşağın saxlanması üçün onun xeyrinə hər ay 90 (doxsan) manat miqdarında alimentin tutulması qət edilmişdir. O, üçüncü şəxs X7 qarşı alimentin miqdarının artırılması tələbinə dair təkliflə üçüncü şəxs Qusar 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində X10 ilə alimentin artırılması tələbinə dair mübahisəni mediasiya vasitəsi ilə həll etməyə razılaşmışlar. 11 aprel 2023-cü il tarixdə onun, üçüncü şəxs X6 və üçüncü şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru X9 arasında xx.xx.2023-cü il tarixli 3 tərəfli baışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən üçüncü şəxs X10 birgə nikahdan olan uşaqları 31 iyul 2007-ci il təvəllüdlü X1 üçün hər ay cəmi 150 (yüz əlli) manat aliment verməyə razılıq vermiş, bu barədə aralarında mediatorun da iştirakı ilə 3 tərəfli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin bağlanmasından sonra ötən 1 il ərzində üçüncü şəxs X10 barışıq sazişinə uyğun ona aliment ödəməkdən yayınmışdır. Hal-hazırda üçüncü şəxs X6 aliment üzrə ona xeyli borcu yığılmışdır. Faktiki olaraq üçüncü şəxs X10 barışıq sazişini icra etmir, barışıq sazişini icra etməkdən boyun qaçırır. Onun üçüncü şəxs X10 ilə bağladığı xx.xx.2023-cü il tarixli barışıq sazişinin 8-ci bəndinə əsasən saziş könüllü icra edilmədiyi halda tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin 9-cu bəndinə əsasən sazişin məcburi icrası ilə əlaqədar məhkəməyə müraciət edən Tərəfin Sazişin məcburi icrası ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. O, üçüncü şəxs X10 ilə xx.xx.2023-ci il tarixli barışıq sazişini bağladığı zaman 100(yüz) manat mediasiya xərclərini ödəmiş, habelə hal-hazırkı ərizənin verilməsi üçün 100 (yüz) manat dövlət rüsumunu və vəkil xidmətindən istifadəyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına 100(yüz) manat hüquqi yardım haqqı ödəmişdir. Həmin xərclər müvafiq olaraq üçüncü şəxs X5 alınaraq ona qaytarılmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər X11 və X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və X10 (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. Tərəflər Birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X1 üçün xx.xx.2015-ci il tarixli 2(029)-1400/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş 90 (doğsan ) manat aliment miqdarının artırılmasına dair razılığa qələrək aşağıdakı şərtlərlərlə barışıq sazişini bağlayırlar: -“İkinci tərəf” 2023-cü ilin aprel ayından başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat “Birinci Tərəf”-ə bank vasitəsi ilə ödəməyə öhdəsinə götürür..
3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.
5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.
7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən,Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
8. Sazişin könüllü icrasından imtina olunsa, TərəfSazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edənTərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. İşdə olan AZ-İV 938510 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31 iyul 2007-ci il tarixdə Qusar rayonu Samur qəsəbəsində anadan olmuşdur. X3, anası Ərizəçidır. İşdə olan xx.xx.2024cü il tarixli 23633 saylı qəbzdən görünür ki, Ərizəçi Qusar rayon Məhkəməsinin hesabına 100 (yüz) manat məbləğində ödəniş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 22373 satylı qəbzdən görünür ki, Ərizəçi hüquqi yardım üçün Qusar rayon Vəkil Bürosunun hesabına 100 (yüz) manat məbləğində pul ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 28139 saylı və xx.xx.2023-cü il tarixli 29717 saylı qəbzlərdən görünür ki, Ərizəçi Qusar rayon Mediasitya təşkilatına ümumilikdə 100 (yüz) manat pul ödəmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və maraqlı şəxs X10 11 iyul 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmiş, tərəflərin birgə nikahından 31 iyul 2007-ci il təvvəlüdlü X8 adlı uşaqlar doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, X10 2023-cü ilin aprel ayından başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat Ərizəçi bank vasitəsi ilə ödəməyə öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və X10 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədiyi 100 manat dövlət rüsumu, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 manat və hüquqi xidmətlə bağlı Qusar rayon vəkil Bürosuna ödədiyi 100 manat xidmət haqqı, ümumilikdə 300 manat Ərizəçi xeyrinə X5 tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X10 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X9 iştirakı ilə bağlanmış, üçüncü şəxs X10 tərəfindən birgə nikahdan olan uşaqları 31 iyul 2007-ci il təvəllüdlü X2 üçün hər ay cəmi 150 (yüz əlli) manat aliment verilməsinə razılığına dair 11 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq olunsun. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 manat dövlət rüsumunun, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 manat məbləğin və hüquqi xidmətlə bağlı Qusar Rayon Vəkil Bürusuna ödədiyi 100 manat xidmət haqqının ümumilikdə 300 manat pulun maraqlı şəxs X5 tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Əli Cəlilov