Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-503/2024 23.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 15 sentyabr 2001-ci il tarixdə Quşar rayonu Çubuqlu kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun 19 iyul 2001-ci il təvəllüdlü oğlu X5 bir yaşı tamam olmadan xx.xx.2001-ci il tarixdə vəfat etmiş və Qusar rayonu Çubuqlu kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin, həmin uşaq vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Buna baxmayaraq, uşaq anadan olduqdan sonra həmin uşaq onun ailə üzvü kimi qeyd edilmiş, bu barədə müvafiq qeydiyyat aparılmışdır. Həmin uşağın onun ailə üzvlərinin siyahısından çıxarılması üçün isə onun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zəruridir. Bu səbəbdən də, Maraqlı şəxsnə müraciət edərək mərhum oğlunun adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin orada ona bildirmişlər ki, mərhum Əziz Najipovun ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və o məhkəməyə müraciət etməlidir. X9 həqiqətən də, 15 sentyabr 2001 -ci il tarixdə vəfat etməsi və Qusar rayonu Çubuqlu kənd qəbirstanlığında dəfn edilməsi qohumların iştirakları ilə təsdiq edilmiş aktla, o cümlədən yaşadığı kəndin səlahiyyətli qurumu tərəfindən verilmiş arayışla tam təsdiq olunur. Ona görə də, hesab edir ki, mərhum X9 15 sentyabr 2001-ci il tarixdə Qusar rayonu Çubuqlu kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. O, ailə üzvlərində birlikdə Qusar rayonu Çubuqlu qəsəbəsində yaşayır, həmin qəsəbədə qeydiyyatdadır. Ona görə də, hazırkı ərizə ilə yaşayış yeri üzrə Qusar rayon məhkəməsinə müraciət edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizədə qeyd edilənləri təsdiq edir və ərizənin təmin olunmasını xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar xx.xx.2024-cü il tarixdə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 29 mart 2024-cü il tarixli 133 saylı Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, X5 xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Xaçmaz rayonun Pirqulu-oba kəndində anadan olmudur. Bu barədə 10 avqust 2001-ci il tarixdə Xaçmaz RİHB-nın Pirqulu-oba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 378 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X7 Mərdanoviç, anası Ərizəçidır. İşdə olan 15 aprel 2024-cü il tarixli X4, X1 və X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 10 avqust 2001 - ci il tarixində Xaçmaz rayonu Pirqulu-oba kəndində anadan olmuş X5 həqiqətən 15 sentyabr 2001 -ci il tarixində vəfat etmişdir və Qusar rayonu Çubuqlu kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Qusar rayonu Quzuroba Bələdiyyəsindən verilmiş xx.xx.2024-cü il tarixli 30 saylı arayışdan görünür ki, xx.xx.2001-ci il tarixində anadan olmuş X5 xx.xx.2001 -ci il tarixində fəfat etmiş və Qusar rayon Çubuqlu kənd qəbrisanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, 19 iyul 2001-ci il təvəllüdlü oğlu X3 xx.xx.2001-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, həmin uşağın onun ailə üzvlərinin siyahısından çıxarılması üçün isə onun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zəruridir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi oğlu X3 15 sentyabr 2001-ci il tarixdə Quşar rayonu Çubuqlu kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu X3 15 sentyabr 2001-ci il tarixdə Quşar rayonu Çubuqlu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-503/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-503/2024
23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver