Məhkəmə qərarları › İş №2(029)-531/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-531/2021

23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-531/2021 23.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X1nın həqiqətən də 08.03.1999-cu il tarixdə Qusar rayonu Torpaq-körpü kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun X1 17 iyul 1961-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. X1 08 mart 1999-cu il tarixdə Qusar rayonunda vəfat etmiş və Qusar rayonu Torpaq-körpü kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1nın ölümü haqqında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, X4 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin bacısının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. X10 həqiqətən də 08 mart 1999-cu il tarixdə Qusar rayonunda vəfat etməsi və Qusar rayonu Torpaq-körpü kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi bacısının qəbrinin fotoşəkli və 02 aprel 2021-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, X10 həqiqətən də 08 mart 1999-cu il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbə bu barədə qeyd aparmaqdan imtina etmişdir. Bacısının həqiqətən də, 08 mart 1999-cu il tarixdə Qusar rayonunda vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqularının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs rəisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli 152 saylı arayışdan görünür ki, Qusar rayonu Torpaqkörpü kənd sakini olmuş, 17.07.1961-ci il təvəllüdlü X6, həqiqətən 08.03.1999-cu il tarixdə Qusar rayonu Torpaqkörpü kəndində vəfat etmiş və həmin tarixdə həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Qusar rayonu Torpaqkörpü kənd sakini X5, Qusar rayonu Qaratoba kənd sakini X9 və Qusar rayonu Şirvanlı kənd sakini X12 iştirakları ilə 02.04.2021-ci il tarixdə tərtib edilməklə Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Qusar rayonu Torpaqkörpü kənd sakini olmuş, 17.07.1961-ci il təvəllüdlü, X6 həqiqətən, 08.03.1999-cu il tarixdə Qusar rayonu Torpaqkörpü kəndində vəfat etmişdir və həmin tarixdə həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 01.04.2021-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X6 17.07.1961-ci il tarixdə Qusar rayonu Torpaqkörpü kəndində anadan olmuşdur. X2, anası X3r. İşdə olan İ-ЖГ 475048 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Qusar rayonu Torpaqkörpü kəndində anadan olmuşdur. X2, anası X3r. İşdə olan Maraqlı şəxs 10 mart 2021-ci il tarixli 106 saylı arayışından görünür ki, X4 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm akt qeydləri 1996-2002-ci illər üzrə yoxlanılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 10.03.2021-ci il tarixli 05/Q-27/15 saylı məktubdan görünür ki, X4 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X4 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. İşdə olan fotoşəkillə müəyyən olunur ki, X4 başdaşında onun 1999-cu ildə öldüyü qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçinin X1 08 mart 1999cu il tarixdə yaşadığı Qusar rayonu Torpaqkörpü kəndində ölmüş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi X10 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Hazırda mərhumə Dilşad Nurəhmədovanın mirasına dair vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün həmin şəxsin ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 17.07.1961-ci il təvəllüdlü X4 08 mart 1999-cu il tarixdə Qusar rayonu Torpaqkörpü kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 17.07.1961-ci il təvəllüdlü X4 08 mart 1999-cu il tarixdə Qusar rayonu Torpaqkörpü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar