Məhkəmə qərarları › İş №2(029)-536/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-536/2025

14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-536/2025 14.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 09 fevral 2025-ci il tarixdə yaşadığı Qusar şəhərində evdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1970-ci il tarixdə anadan olmuşdur. X3 09 fevral 2025-ci il tarixdə yaşadığı Qusar şəhərində evdə vəfat etmiş və 10 fevral 2025-ci il tarixdə Qusar şəhər qəbristanlığında dəfn edilmişdir. X3 vəfat etdiyi vaxtda ölümü barədə həkim arayışı alınmamışdır. O, Maraqlı şəxsnə ərizə ilə müraciət edərək X1 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin Maraqlı şəxs anamın ölümünü təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümünün qeydə alınmasından imtina etmiş və ona X4 vəfat etməsi faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. X4 vəfat etməsi faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun həyata keçirilməsi üçün lazımdır. X1 09 fevral 2025-ci il tarixdə yaşadığı evdə vəfat etməsi və şəhər qəbirstanlığında dəfn edilməsi, dəfnində iştirak etmiş şahidlərin, müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Bundan başqa bu halı məhkəmə iclası zamanı digər şahidlər də təsdiq edə bilərlər. Göründüyü kimi o, mərhum X1 ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, X4 09 fevrai 2025-ci il tarixdə yaşadığı Qusar şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. xx.xx.2025-ci il tarixdə Ərizəçi ərizəsində göstərilənləri müdafiə edərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, xx.xx.1944-cü ildə Azərbaycan Respublikasının Qusar rayonunun Yasab kəndində anadan olmuş X4 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan 12 mart 2025-ci il tarixli A-30 saylı Qusar rayon Qusar Bələdiyyəsindən verilmiş arayışdan görünür ki, xx.xx.1944-cü il təvəllüdlü X5 vəfat etdiyi xx.xx.2025-ci il tarixdə Qusar şəhəri Qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan X9, X10 və X6 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X2 rayon Yasab kəndində xx.xx.1944-cü ildə anadan olmuş, Qusar şəhəri Zərifə Əliyeva ünvanında qeydiyyatda olan xx.xx.2025-ci ildə vəfat etmiş və Qusar şəhəri 4 nömrəli qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X5 xx.xx.1944-cü ildə anadan olmuş, xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1944-cü il təvəllüdlü X5 09 fevral 2025-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi X1 09 fevral 2025-ci il tarixdə yaşadığı Qusar şəhərində evdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X1 09 fevral 2025-ci il tarixdə yaşadığı Qusar şəhərində evdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar