Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-537/2022 25.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Hüseynova (Mürşüdova) Ella Elman qızının maraqlı şəxslər Qusar RİH-nin Hil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X1 və Maraqlı şəxs2 qarşı şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: Hüseynova (Mürşüdova) Ella Elman qızı maraqlı şəxslər Qusar RİH-nin Hil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X1 və Maraqlı şəxs2 qarşı şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.2, 149.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsində Maraqlı şəxs2 şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, telefon nömrəsi, o cümlədən mobil telefon nömrəsi göstərilməmişdir. Bundan başqa, ərizədə həm şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi, həm də şəxsin ölmüş elan edilməsi tələb olunmuşdur. Qeyd olunmalıdır ki, şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi ilə ölmüş elan edilməsi fərqli hüquqi nəticələrə səbəb olduğundan həmin tələblərə eyni vaxtda baxılması mümkün deyildir. Bundan başqa, Qusar rayon İHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi bu növ işlərə baxılarkən cəlb olunmalı olan, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanına aid deyildir. Odur ki, həmin Nümayəndəliyin maraqlı şəxs kimi ərizədə göstərilməsi düzgün deyildir. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Hüseynova (Mürşüdova) Ella Elman qızına geri qaytarılsın. Hüseynova (Mürşüdova) Ella Elman qızına izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-537/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-537/2022
25.04.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında - Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver