Məhkəmə qərarları › İş №2(029)-540/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-540/2025

04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-540/2025 04.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 31 oktyabr 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası X3 xx.xx.1973-cü ildə Qusar rayonu Avaran kəndində anadan olmuşdur. Mərhum atası 31 oktyabr 2024-cü il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Anesteziologiya- Reanimasiya və intensiv terapiya şöbəsində vəfat etmiş və xx.xx.2024-cü il tarixdə Qusar rayonu Avaran kəndində yerləşən qəbristanlıqda dəfn etmişdir. Mərhum X1 adında vəfat etməmişdən əvvəl Qusar rayonu Avaran kənd ərazisində torpaq sahəsi olmuşdur və halhazırda həmin torpaq sahəsi onun miras kütləsinə daxildir. O, mərhum X1 qanun üzrə birinci dərəcəli vərəsəsidir. Bu yaxınlarda o, həmin pay torpaq sahəsini tərəfimdən qəbul edilməsi üçün müvafiq sənədlər toplayarkən məlum olmuşdur ki, mərhum X1 ölüm haqqında şəhadətnaməsi yoxdur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona bildirmişlər ki, mərhum X1 ölüm haqqında akt qeydiyyatı yoxdur. Daha sonra o, mərhum atası üçün ölüm haqqında şəhadətnamə almaq üçün təkrarən Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan bildirmişlər ki, mərhum atasının ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X1 həqiqətən də 31 oktyabr 2024cü il tarixdə vəfat etməsi və xx.xx.2024-cü il tarixdə Qusar rayonu Avaran kəndində yerləşən qəbirstanlığında dəfn edilməsi müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışla, eləcə də onları tanıyan qohumlar və tanışların ifadələri ilə tam təsdiq olunur. Beləliklə, mərhum X1 ölümü haqqında şəhadətnamə olmadığından o, özünün vərəsəlik hüququnu həyata keçirə bilmir. Ona görə də, mərhum X1 31 oktyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi o, mərhum X1 ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, atasının 31 oktyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş 18 yanvar 2025-ci il tarixli 73 saylı arayışdan görünür ki, xx.xx.1973-cü ildə Azərbaycan Respublikasının Qusar rayonunun Avaran kəndində anadan olmuş X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 08 saylı Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.1973-cü ildə Qusar rayon Avaran kəndində anadan olmuş X3, xx.xx.2014-cü il tarixində vəfat olmuş və Avaran kəndində dəfn edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 94 saylı Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, xx.xx.1973-cü ildə Qusar rayon Avaran kəndində anadan olmuş X3, xx.xx.2014-cü il tarixində vəfat olmuş və Avaran kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1973-cü il təvəllüdlü X2 31 oktyabr 2024-cü il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi X1 31 oktyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X1 31 oktyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar