Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-544/2023 24.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisindən çıxarılması, həmin anbar tikilisi Cavabdeh tərəfindən boşaldılmaqla qanunsuz sahibliyindən və istifadəsindən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin, həmin evə dair adına xx.xx.2021-ci il tarixli 2706 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Bundan əvvəl isə həmin fərdi yaşayış evinə dair onun adına xx.xx.2004-cü il tarixli 1040 reyestr nömrəli qeydiyyat vəsiqəsi olmuşdur. Həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin küçə ilə həmsərhəd olan hissəsində anbar tikilisi mövcuddur və evin texniki pasportunda həmin tikili “D” şərti işarəsi ilə işarələnmişdir. Həmin tikilinin küçəyə birbaşa çıxışı vardır. Cavabdeh onun tanışıdır və uzun müddət onunla münasibətləri yaxşı olmuşdur. Təxminən 15 il bundan əvvəl Cavabdehla birlikdə yuxarıda qeyd etdiyi anbar tikilisininin yerində mağaza tikərək birlikdə işlətməyi razılaşmışlar və qeyd edilən ərazidə kiçik mağaza tikərək bir müddət birlikdə həmin mağazanı işlətmişlər. Birlikdə işlədikləri dövrdə onun tərəfindən tikinti işlərinə sərf olunan vəsait hesablanaraq hər birinin xərclədiyi vəsaitə uyğun qaydada geri qaytarılmışdır. Təxminən 8-9 il bundan əvvəl o, qeyd edilən tikilinin mağaza kimi işlədilməsinə etiraz edərək gəlirindən hər hansı pul istəmədiyini bildirmişdir və bundan sonra cavabdeh mağazanı təkbaşına işlətməyə başlamışdır. Dəfələrlə o, cavabdehə anbar tikilisini boşaldaraq ona təhvil verilməsini, orada mağazanın işlədilməsini istəmədiyini, anbar tikilisini özünün başqa məqsədlər üçün istifadə edəcəyini bildirmiş, lakin cavabdeh onunla razılaşmayaraq bundan imtina etmişdir. Bir neçə dəfə ona müraciət edərək həmin anbar tikilisinin ona məxsus olduğunu, cavabdehin orada onun iradəsinə zidd fəaliyyət göstərməsinin onun mülkiyyət hüququnu pozduğunu izah etsə də, cavabdeh anbar tikilisini boşaldaraq ona təhvil verməmişdir. Bu səbəbdən də, o, bu barədə Qusar rayon Polis Şöbəsinə müraciət etmiş və oradan həmin mübahisənin mülki mübahisə olduğu bildirilərək bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi, Cavabdeh ona məxsus fərdi yaşayış evinin həyətində yerləşən “D” şərti işarəsi ilə işarələnmiş, köməkçi tikili olan anbar tikilisini xeyli müddətdir ki, onun iradəsinə zidd istifadə etməklə və ona sahiblik etməklə onun mülkiyyət hüququna müdaxilə edir, həmin hüququnu mütəmadi olaraq pozur. Odur ki, hesab edir ki, Cavabdeh həmin anbar tikilisindən məhkəmə qaydasında çıxarılmalı, həmin tikili boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddanı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən ev və həmin evin yerləşdiyi torpaq sahəsi onun adınadır və ona xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Həmin ərazidə ev 1955-ci ildə tikilib. Həmin evin həyətyanı torpaq sahəsinin küçə ilə həmsərhəd olan hissəsində anbar tikilisi mövcuddur və evin texniki pasportunda anbar tikili "D" şərti işarə ilə işlənilib. 8-9 ildir ki cavabdeh onun iradına zidd olaraq həmin anbardan istifadə edir. Bir neçə dəfə cavabdehə müraciət edərək həmin anbar tikilisinin ona məxsus olduğunu izah etmiş, lakin cavabdeh anbar tikilisini ona qaytarmamışdır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, həmin mübahisəli tikili olan torpaq sahəsi əvvəllər iddiaçıya məxsus olmayıb, həmin sahə boş sahə olan yer idi. O, bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsinin ona satılmasını xahiş etmişdir, bələdiyyə ilə onun arasında alqı-satqı aparılaraq, müvafiq rüsum ödənilməkə həmin torpaq sahəsini o almışdır. O, torpaq sahəsini alanda iddiaçı da orada olub, bu işdən onun xəbəri olub. Sonradan orada o, özü orada mağaza tikib istifadə etməyə başlamışdır. Daha sonra isə iddiaçı Xaçmaz Reyestr Xidmətindən öz adına çıxarış çıxarıb. İddiaçı 10-12 ildən sonra öz adına çıxarış çıxardıb. Çıxarışa əsasən anbar tikili olan yer iddiaçının adındadır. Buna görə də o, Sumqayıt inzibati məhkəməsində həmin torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi barədə iddia qaldırmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş, cavabdehin dediklərini təsdiq etmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 74.2 kv.metr sahəsi olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan reyestr nömrəsi **********10-10301 olan texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən “D” şərti işarə ilə işarələnmiş anbar tikilisi mövcuddur. İşdə olan Qusar rayon Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli reyestr nömrəsi 1090 olan qeydiyyat vəsiqəsindən görünür ki, Qusar şəhəri Əzizbəyov küçəsində yerləşən 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, yaşayış sahəsi 41.15 kv.metr, ümumi sahəsi 73.5 kv.metr olan 77 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Qusar rayon Dövlət Notariat kontorunun tətbiq etdiyi alqı-satqı müqaviləsi R №4Ə-23 nömrəli 28 sentyabr 2001-ci il tarixli sərəncamı əsasında İddiaçı adına qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan evin texniki pasportunda həmin tikili “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisini iddiaçının iradəsinə zidd olaraq istifadə edir Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Ona görə məhkəmə hesab edir ki, iddiaçının pozulmuş mülkiyyət hüququ müdafiə olunmaqla bərpa edilməli, cavabdeh qanunsuz istifadə etdiyi həmin anbar tikilisindən çıxarılmalı və həmin anbar tikilisi iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmaldır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 148.1 və 148.2.-ci maddələrinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir;Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisindən çıxarılmalı və həmin anbar tikilisi Cavabdeh tərəfindən boşaldılmaqla qanunsuz sahibliyindən və istifadəsindən alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisindən çıxarılsın və həmin anbar tikilisi Cavabdeh tərəfindən boşaldılmaqla qanunsuz sahibliyindən və istifadəsindən alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-544/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-544/2023
24.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver