Məhkəmə qərarları › İş №2(029)-551/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-551/2025

01.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-551/2025 01.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, onunla Maraqlı şəxs1 arasında X9 mediatoru Maraqlı şəxs2 iştirakı ilə azyaşlı uşaqları xx.xx.2008- ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 (bir yüz) manat məbləğində, cəmi 200 (iki yüz) manat aliment məbləğinin ödənilməsinə dair imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasına və məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 manat rüsumun cavabdeh X1 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.2006-ci il tarixdə el adəti ilə toy etdirməklə nikahı rəsmi qeyd etdirmədən cavabdeh Maraqlı şəxs1 ilə evlənərək ailə qurmuşdur. Cavabdehlə nikahları Qusar rayonu Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanılması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 06 №-ilə rəsmi qeydiyyata alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlarında övladları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Maraqlı şəxs1la ayrılmışdır. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə qarşı tərəf Maraqlı şəxs1, daha sonra isə X10 müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar. Bundan sonra onunla Maraqlı şəxs1 və X9 mediatoru Maraqlı şəxs2 arasında xx.xx.2024-cü il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs1 birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 onun himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ona 2024-cü il may ayından başlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat məbləğində, cəmi 200 (iki yüz) manat aliment ödəməyə razılaşmış və bu barədə aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin imzalanmasından 1 il müddət keçməsinə baxmayaraq X8 barışıq sazişində nəzərdə tutulan öhdəliklərini könüllü olaraq icra etməmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-394/2025 saylı Qusar rayon Məhkəməsinin Qətnaməsinə əsasən X8 ilə aralarndakı nikah pozulmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri müdafiə edərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iclasında Maraqlı şəxs1 Ərizəçi ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən işə Maraqlı şəxslər Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs1 (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: 1.“İkinci tərəf” “Birinci tərəfə xx.xx.2010-ci il tarixində anadan olan X4 və xx.xx.2008-ci il tarixində anadan olan X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, 2024-cü ilin may ayından başlayaraq, hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat alimenti bank vasitəsilə ödəməyi öhdəsinə götürür. 2.“İkinci tərəf” uşaqların “Birinci tərəfin himayəsində saxlanılmasına etiraz etmir. 3.“Birinci tərəf” cehiz əmlakını “İkinci tərəfin yaşadığı ünvan 1 ünvanından xx.xx.2024-cü il tarixədək öz hesabına aparmağı öhdəsinə götürür 4.Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5.Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. 6.Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 7.Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. 8.Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. 9.Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 10.Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəfona ödəməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli 5784 saylı qəbzdən görünür ki, Ərizəçi Qusar rayon Məhkəməsinin hesabına 100 (yüz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2006-ci il tarixdə el adəti ilə toy etdirməklə nikahı rəsmi qeyd etdirmədən cavabdeh Maraqlı şəxs1 ilə evlənərək ailə qurmuşdur. Cavabdehlə nikahları Qusar rayonu Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanılması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 06 №-ilə rəsmi qeydiyyata alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlarında övladları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Maraqlı şəxs1la ayrılmışdır. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə qarşı tərəf Maraqlı şəxs1, daha sonra isə X10 müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar. Bundan sonra onunla Maraqlı şəxs1 və X9 mediatoru Maraqlı şəxs2 arasında xx.xx.2024-cü il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarnda olan danışıqlar zamanı Maraqlı şəxs1 birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 onun himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ona 2024-cü il may ayından başlayaraq hər ay hər uşağa 100 (bir yüz) manat məbləğində, cəmi 200 (iki yüz) manat aliment ödəməyə razılaşmış və bu barədə aralarında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-c2 il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və X8 arasında X9 mediatoru Maraqlı şəxs2 iştirakı ilə azyaşlı uşaqları xx.xx.2008- ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 (bir yüz) manat məbləğində, cəmi 200 (iki yüz) manat aliment məbləğinin ödənilməsinə dair imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədiyi 100 manat dövlət rüsumu Ərizəçi xeyrinə Maraqlı şəxs1 tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və X8 arasında X9 mediatoru Maraqlı şəxs2 iştirakı ilə azyaşlı uşaqları xx.xx.2008- ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 (bir yüz) manat məbləğində, cəmi 200 (iki yüz) manat aliment məbləğinin ödənilməsinə dair imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq olunsun. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs1 tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar