Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-552/2021 25.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X1 10 may 2019-cu il tarixdə Qusar rayonu Urva-oba kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1940-cı il tarixdə anadan olmuşdur. Onun həyat yoldaşı X2 10 may 2019-cu il tarixdə Qusar rayonu Urva-oba kənd qəbirstanlığında dəfn edilmişdir. Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyul 1998-ci il tarixli 10/05 saylı qərarına əsasən Qusar rayonu Urva kəndi ərazisindən ona və mərhum həyat yoldaşı X1 mülkiyyətinə 1.11 ha torpaq sahəsi verilmiş və hal hazırda həmin torpaq sahəsi həyat yoldaşının miras kütləsinə daxildir. O, həmin şəxsin qanun üzrə birinci dərəcəli yeganə vərəsəsidir. Bu yaxınlarda o, həmin torpaq sahəsinin özü tərəfindən qəbul edilməsi üçün müvafiq sənədlər toplayarkən məlum olmuşdur ki, X1 ölümü haqqında şəhadətnamə yoxdur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan bildirmişlər ki, mərhum həyat yoldaşının ölümü haqqında akt qeydiyyatı tapılmamışdır. Daha sonra o, mərhum həyat yoldaşı üçün ölüm haqqında şəhadətnamə almaq üçün təkrarən Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan bildirmişlər ki, mərhum həyat yoldaşının ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. Həyat yoldaşının həqiqətən də, 10 may 2019-cu il tarixdə yaşadıqları Qusar rayonu Urva-oba kəndində ölməsi və Qusar rayonu Urva-oba kəndində yerləşən qəbirstanlıqda dəfn edilməsi müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışla, eləcə də onları tanıyan qohumların və tanışların ifadələri ilə tam təsdiq olunur. Beləliklə, mərhum həyat yoldaşı X1 ölümü haqqında şəhadətnamə olmadığından o, özünün vərəsəlik hüququnu həyata keçirə bilmir. Ona görə də, mərhum həyat yoldaşı X1 10 may 2019-cu il tarixdə Qusar rayonu Urva-oba kəndində ölməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də hesab edir ki, Qızılgül Hacıyevanın 10 may 2019-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, tələbində durur və ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa, bildirir ki, o şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin şöbənin rəisi X4 isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İ-БД 575942 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 mart 1947-ci ildə anadan olmuşdur. İşdə olan Vİ-BM 012749 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçilə Qızılgül Lətifova arasında 28 avqust 1970-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra qadına “Hacıyeva” soyadı verilmişdir. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı ildə anadan olmuş, Qusar rayonu Urva kəndində qeydiyyatdadır. İşdə olan Qusar rayon İHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 09 mart 2021-ci il tarixli 222 saylı arayışdan görünür ki, X2 10 may 2019-cu il tarixdə Qusar rayonu Urvaoba kəndində vəfat etmiş və Urvaoba kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan X6, X7 və X9 tərəfindən tərtib edilmiş 30 mart 2021-ci il tarixli aktdan görünür ki, Qusar rayonu Urvaoba kənd sakini mərhumə X2 10 may 2019-cu il tarixdə Qusar rayonu Urva-oba kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 26 may 2021-ci il tarixli 556 saylı arayışdan görünür ki X2 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 26.05.2021-ci il tarixli 05/Q-97/15 saylı məktubdan görünür ki, şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri mümkündür. Ona görə də arvadı X1 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. İşdə olan KOD 30121018 JN:618 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/5 saylı qərarı ilə Ərizəçi Əmirsultan oğlunun və X1 birgə mülkiyyətinə Qusar rayonu Urva kəndi ərazisindən 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan X1 qəbirinə aid fotoşəkillərdən görünür ki, həmin şəxs 30.06.1947-ci ildə anadan olmuş, 10.05.2019-cu il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X2 10 may 2019-cu il tarixdə Qusar rayonu Urvaoba kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Bu hal, məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum həyat yoldaşı Qızılgül Hacıyevanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırda ərizəçinin mərhum həyat yoldaşının mirasına dair vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün həmin şəxsin ölümü haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X1 10 may 2019-cu il tarixdə Qusar rayonu Urva-oba kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 17 mart 1947-ci ildə anadan olmuş X1 10 may 2019-cu il tarixdə Qusar rayonu Urva-oba kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-552/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-552/2021
25.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver