Məhkəmə qərarları › İş №2(029)-554/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-554/2021

25.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-554/2021 25.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1924-cü il tarixdə anadan olmuş X4 12.09.2001-ci il tarixdə Qusar rayonu Nəcəfkənd kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun anası X9 12.09.2001-ci il tarixdə Qusar rayonunda ölmüş və Qusar rayonu Nəcəfkənd kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda onun X1 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin anasının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. X1 həqiqətən də 12.09.2001-ci il tarixdə Qusar rayonunda ölməsi və Qusar rayonu Nəcəfkənd kənd qəbirstanlığında dəfn olunması ərizəyə əlavə etdiyi qəbrin fotoşəkili və 16.02.2021-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, X1 həqiqətən də 12.09.2001-ci il tarixdə ölməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, həmin şöbə bu barədə qeyd aparmaqdan imtina etmişdir. X1 ölüm faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarını həyata keçirməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, tələbində durur və ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, o şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin şöbənin rəisi X5 isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1966-cı ildə Qusar rayon Nəcəfkənd kəndində anadan olmuş, atası X6, anası isə X8r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 13.02.2021-ci il tarixli 131/15 saylı arayışdan görünür ki, X9 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında qeyd tapılmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 16.03.2021-ci il tarixli 05/Q- 30/15 saylı məktubdan görünür ki, şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyrimümkündür. Ona görə də, X1 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi həmin şəxsə tövsiyyə olunmuşdur. İşdə olan XİV-JQ 606338 saylı 25 aprel 1980-ci il tarixli keçmiş SSRİ pasportunun surətindən görünür ki, X9 1924-cü ildə Qusar rayonu Mucuq kəndində anadan olmuşdur. İşdə olan X4 qəbirinə aid fotoşəkildən görünür ki, həmin şəxs 1924-cü ildə anadan olmuş, 12.09.2001-ci il tarixdə ölmüşdür. İşdə olan Ərizəçi, X2 və X3 tərəfindən tərtib edilmiş 16 fevral 2021-ci il tarixli aktdan görünür ki, Qusar rayonu Nəcəfkənd kənd sakini mərhumə X9 ölən günə kimi Qusar rayonu Nəcəfkənd kəndində yaşamış 12.09.2001-ci il tarixdə vəfat etmiş və Qusar rayonu Nəcəfkənd kənd qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin anası X9 12.09.2001-ci il tarixdə Qusar rayonu Nəcəfkənd kəndində ölmüş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum anası Surət Ziyarovanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırda ərizəçinin mərhum anasının mirasına dair vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün onun anasının ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X4 12 sentyabr 2001-ci il tarixdə Qusar rayonu Nəcəfkənd kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 1924-cü ildə Qusar rayonu Mucuq kəndində anadan olmuş X4 12 sentyabr 2001-ci il tarixdə Qusar rayonu Nəcəfkənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar