Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-578/2023 03.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərərək, onunla Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixdə Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması və məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə ailə həyatı qurmuş, həmin nikahdan 22 fevral 2010-cu il təvəllüdlü X2 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Maraqlı şəxs1 ayrılmış, ayrıldıqdan sonra 22 fevral 2010-cu il təvəllüdlü Səbuhi adlı uşaq onun himayəsində qalmışdır. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair təkliflə qarşı tərəf olan Maraqlı şəxs1, daha sonra isə Mediasiya Şurasına müraciət etmiş, ilkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, onunla Maraqlı şəxs1 və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator Maraqlı şəxs2 arasında xx.xx.2023-cü il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs1 birgə nikahlarından anadan olmuş 22 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin aprel və may ayları üçün 150 (bir yüz əlli), 2023cü ilin iyun ayından başlayaraq 22 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər hər ay 200 (iki yüz) manat aliment verməyə razılıq vermiş, bu barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs1 keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş cehiz əmlaklarının qaytarılması hissəsini könüllü şəkildə icra etmir. Bildirir ki, barışıq sazişi məhkəmə qaydasında təsdiq olunmamış, məhkəmə qərarı çıxarıldıqdan sonra alimenti ödəyəcəkdir. Yuxarıda qeyd etdiyi kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, lakin Maraqlı şəxs1 könüllü müddət ərzində barışıq sazişini icra etməmişdir. O, Qusar rayonu Urva kəndində qeydiyyatda olmaqla orada yaşayır və bu səbəbdən də, hazırkı ərizə ilə Qusar rayon məhkəməsinə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, onunla Maraqlı şəxs1 arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs1 ona 2 ay 150 manat, ondan sonra isə hər ay 200 manat məbləğində aliment ödəməməyi öhdəsinə götürmüşdür. Lakin, sonradan Maraqlı şəxs1 barışıq sazişinin şərtlərini pozmuş, aliment ödəməkdən boyun qaçırmış, bu barədə ona bildirdikdə isə məhkəməyə müraciət etməsini demişdir. Bu səbəbdən də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 izahatında göstərmişdir ki, mediasiyada barışıq sazişi bağlanarkən onun aylıq maaşı 500 manat olmuş, ona görə də, mediasiyada alimentlə bağlı razılığa gələrək barışıq sazişini imzalamışdır. Sonradan o, cərrahi əməliyyat olunmuş, hazırda çobanlıq edir və buna görə ayda 300 manat maaş alır. Ona görə də, o, hər ay 100 manat məbləğində aliment ödəyə bilər. Bundan başqa, onu mediasiyaya çağıranda o, nikahın pozulmasını da demiş, lakin mediator Radik bununla bağlı ondan əlavə pul istəmişdir. Barışıq sazişi bağlandıqdan sonra o, qeydiyyat şöbəsinə getmiş, oradan ona nikahın pozulması ilə bağlı məhkəmə qətnaməsini gətirməsini demişlər. Ədilə uşağın ona göstərmir, hər həftə uşağı ona göstərsin, onunla boşansın və bundan sonra aliment ödəyəcəkdir. Maraqlı şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatorı Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Qusar 1 saylı Mediasiya təşkilatının mediatorı Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli barışıq sazişi ilə Maraqlı şəxs1 Ərizəçi 22 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2023-cü ilin aprel, may ayları üçün 150 (yüz əlli) manat, qalan müddət ərzində 200 (iki yüz) manat miqdarda alimentin ödnilməsini öhdəsinə götürmüşdür. Həmin sazişin 8-ci bəndi ilə tərəflər razılaşmışlar ki, saziş könüllü icra edilmədiyi tədqirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə müraciət edə bilər. Göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs1 tərəfindən Ərizəçi 22 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2023-cü ilin aprel, may ayları üçün 150 (yüz əlli) manat, qalan müddət ərzində 200 (iki yüz) manat miqdarda alimentin ödnilməsinə dair Ərizəçi ilə Maraqlı şəxs1 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə bağlanmış 14 mart 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədəyi 100 (yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs1 alınaraq Ərizəçi verilməsi tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs1 tərəfindən Ərizəçi 22 fevral 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2023-cü ilin aprel, may ayları üçün 150 (yüz əlli) manat, qalan müddət ərzində 200 (iki yüz) manat miqdarda alimentin ödnilməsinə dair Ərizəçi ilə Maraqlı şəxs1 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə bağlanmış 14 mart 2023-cü il tarixli barışıq sazişi təsdiq olunsun. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədəyi 100 (yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs1 tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-578/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-578/2023
03.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver