Məhkəmə qərarları › İş №2(029)-58/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-58/2023

30.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-58/2023 30.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon məhkəməsinin 02 mart 2007-ci il tarixli 2-96/2007 saylı qətnaməsinə əsasən Qusar rayonunun Əcəxur bələdiyyəsinin 01 iyun 2007-ci il tarixli 06 saylı qərarı ilə Əcəxur-oba kənd ərazisidən bələdiyyənin ehtiyat fondundan onun mülkiyyətinə verilməsi üçün ayrılmış, torpaq sahəsinin yerqurluşu planında göstərilən cizgilərdə yerləşən 1 ha torpaq sahəsini Cavabdeh qanunsuz istifadəsindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırki işə baxılmasını tələb etmir, Ona görə də, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarmaqla mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar