Məhkəmə qərarları › İş №2(029)-580/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-580/2025

10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-580/2025 10.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il təvəllüdlü nənəsi X9 həqiqətən də xx.xx.1998-ci ildə Qusar rayonunun Aşağı-Ləgər kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.2000-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X2 xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Anasının anası, nənəsi X12 xx.xx.1937-ci il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.1998-ci il tarixə qədər Qusar rayonun Aşağı- Ləğər kəndində yaşamış, xx.xx.1998-ci il tarixdə Qusar rayonunun Aşağı-Ləgər kəndində vəfat etmiş və Aşağı-Ləgər kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt nənəsi X9 ölməsi ilə əlaqədar aidiyyəti orqanalara rəsmi qaydada müraciət edilmədiyindən Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Bu hal Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1xx-xx/2025 nömrəli məktublada təsdiq edilmişdir. Nənəsi X9 xx.xx.1998-ci ildə Qusar rayonunun Aşağı- Ləgər kəndində vəfat etməsi faktı Qusar RİHB-nm Aşağı-Ləgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xx.xx.2025-ci il tarixində tərtib edilmiş Aktla da öz təstiqini tapmışdır. Nənəsi X9 ölüm faktının müəyyən edilməsi ona vərəsəlik hüquqularımın həyata keçrilməsi üçün zəruridir ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 02 aprel 2025-ci il tarixli 348 saylı Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, XX.XX.1937-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş X9 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan AZ-İ 032301 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. X6, anası X3r. İşdə olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 noyabr 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası X10. İşdə olan Qusar RİHB-nın Aşağı Ləgər kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, nümayəndəlikdə olan məlumata əsasən vətəndaşın nənəsi həqiqətən mərhum X12 1998-ci ildə Aşağı Ləgər kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli X18, X5 və X11 tərəfindən tərtib edilmiş aktdan görünür ki, mərhum X12 xx.xx.1998-ci il tarixdə vəfat, etmiş və Aşağı Ləgər kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X12 1937-ci ildə anadan olmuş, 1998-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X9 xx.xx.1937-ci il tarixdə Bakı şəhərində anadan olması, xx.xx.1998-ci il tarixə qədər Qusar rayonun Aşağı- Ləğər kəndində yaşaması və xx.xx.1998-ci il tarixdə Qusar rayonunun Aşağı-Ləgər kəndində ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi xx.xx.1937-ci il təvəllüdlü nənəsi X9 xx.xx.1998-ci ildə Qusar rayonunun Aşağı-Ləgər kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1937-ci il təvəllüdlü nənəsi X9 xx.xx.1998-ci ildə Qusar rayonunun Aşağı-Ləgər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar