Məhkəmə qərarları › İş №2(029)-595/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-595/2024

07.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-595/2024 07.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişində nəzərdə tutulmuş 100 (bir yüz) manat məbləğində alimentin alınmasının təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 02 iyul 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirərək Maraqlı şəxs ilə ailə qurmuş, həmin nikahdan 18 aprel 2015-ci il tarixdə Günel adlı uşaqları olmuşdur. Ailə münasibətləri kəskinləşdiyi üçün aralarında olan nikah Qusar rayon məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli Qətnaməsi ilə pozulmuş, 18 aprel 2015-ci il təvəllüdlü Günel adlı uşaq onun himayəsində saxlanmış, hazırda da həmin uşaq onun himayəsindədir. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə alimentin tutulması tələbinə dair təkliflə qarşı tərəf olan Maraqlı şəxs, daha sonra isə Mediasiya Şurasına müraciət etmiş. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsi həll etməyə razılaşmış, onunla Maraqlı şəxs və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X4 arasında xx.xx.2022-ci il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında müvafiq barışıq sazişi bağlanmış, Maraqlı şəxs Günel adlı uşağın saxlanması üçün hər ay 100 ( bir yüz ) manat məbləğində aliment ödəməyə razılıq vermişdir. Barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs cəmi 3 ay üçün hər ay 100 ( bir yüz ) manat olmaqla Günel adlı uşağın saxlanması üçün aliment ödəmiş, sonradan uşaq barəsində məhkəmə mübahisəsi qaldırmış, alimentin ödənilməsindən imtina etmişdir. Qusar rayon məhkəməsinin 2(029)-25/2024 saylı 22 yanvar 2024-cü il tarixli Qətnaməsi ilə Maraqlı şəxs uşaq tələbinə dair iddiası təmin edilməmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: 2.1. “Birinci tərəf" “İkinci tərəf’-ə qarşı aliment tələbinə dair razılığa gələrək barışığ sazişini aşağıdakı şərtlərlə bağlayırlar: -“İkinci Tərəf” xx.xx.2015-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin mart ayından başlayaraq hər ay 100 (bir yüz) AZN alimenti “Birinci Tərəf” ödəməyə öhdəsinə götürür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs 02 iyul 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmiş, tərəflərin birgə nikahından 14 sentyabr 2017-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, Maraqlı şəxs 2022-ci ilin mart ayından başlayaraq 14 sentyabr 2017-ci il təvvəlüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 (bir yüz) manat Ərizəçi bank vasitəsi ilə ödəməyə öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan olan uşaqları 14 sentyabr 2017-ci il təvvəlüdlü X1 üçün hər ay 100 (yüz) manat aliment verilməsinə razılığına dair xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar