Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-599/2022 29.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 06 oktyabr 1986-cı il təvəllüdlü X1 həqiqətən də 14 iyun 1987-ci il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci ildə Qusar rayonun Köhnə-Xudat kəndində anadan olmuşdur. X5 xx.xx.1995-ci il tarixdə Qusar rayonu Köhnə- Xudat kəndində, anası X9 isə xx.xx.2020-ci il tarixdə həmin kənddə vəfat etmişlər. X2 06 oktyabr 1986-cı il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində anadan olmuş, 14 iyun 1987-ci il tarixdə 8 aylıq körpə olarkən həmin kənddə vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölməsi ilə əlaqədar aidiyyatı orqanlara rəsmi qaydada müraciət edilmədiyindən Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında müvafiq qeyd aparılmamışdır. Bu hal Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05-Q/13/15 nömrəli məktublada da təsdiq edilmişdir. X1 14 iyun 1987-ci il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində vəfat etməsi faktı Qusar RİHBnın Köhnə-Xudat inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.0222-ci il tarixli arayış, Qusar rayon Dövlət arxivi tərəfindən xx.xx.2021-ci il tarixli verilmiş arayış və xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. X6 ölüm faktının müəyyən edilməsi ona vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, ərizəni müdafiə edir və ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 29 iyun 2022-ci il tarixə saat 14:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi, 06 oktyabr 1986-cı il təvəllüdlü X1 14 iyun 1987-ci il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək iş üzrə qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmış, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Xİİ-ЖГ 310617 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 oktyabr 1986-cı il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində anadan olmuşdur. X5, anası X7r. İşdə olan XİX-ЖГ 296943 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1995-ci il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində anadan olmuşdur. X5, anası X7r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.1995-ci il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Köhnə-Xudat kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 106 saylı arayışdan görünür ki, X10 həqiqətən 14 iyun 1987-ci il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. İşdə olan X8, X11 və X4 tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 06 fevral 2021-ci il tarixli aktdan görünür ki, 06 oktyabr 1986-cı ildə Qusar rayonu Köhnə-Xudat kəndində anadan olmuş X10, 14 iyun 1987-ci il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində vəfat etmiş və Köhnə-Xudat kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 16/15 saylı 03.02. 2021-ci il tarixli arayışdan görünür ki, X10 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi tapılmamışdır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivindən verilmiş xx.xx.2021-ci il tarixli 50 saylı Arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonun Köhnə-Xudat kənd X16 İcraiyyə Komitəsinin 1986-1990-cı illərin Köhnə- Xudat kəndi üzrə 2 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 128 olan X3 təsərrüfatın ailə üzvlərinin siyahısında nəvəsi kimi göstərilmiş X10 üçün qocalığına, əlilliyinə görə pensiyaçılar və təqaüd alan şəxslər haqqında qeyd qrafasında “ölüb” qeydi edilmişdir. Ölüm tarixi barədə heç bir qeydiyyat göstərilməmişdir. “Ölüb” sözü karandaşla yazılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05-Q/13/15 saylı məktubdan görünür ki, X6 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi Ərizəçi izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçinin X2 14 iyun 1987-ci il tarixdə Qusar rayonun Köhnə-Xudat kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum bacısı Göyçək Qədimovanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 06 oktyabr 1986-cı il təvəllüdlü X6 14 iyun 1987-ci il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 06 oktyabr 1986-cı il təvəllüdlü X6 14 iyun 1987-ci il tarixdə Qusar rayonu Köhnə- Xudat kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-599/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-599/2022
29.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver