Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-615/2023 31.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi bacısı X5 14 mart 2014-cü il tarixdə Quşar rayonu Qaratoba kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, JN-0011 KOD 30124078 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Akt”ı üzrə Qusar rayonu Qaratoba kəndində yerləşən 2.75 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun, X6, X5 və X3 adlarına qeydiyyata alınmışdır. X10 onun bacısıdır. X1 xx.xx.2014-cü il tarixdə yaşadığı Qusar rayonu Qaratoba kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Lakin, mərhum bacısı vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda yuxarıda qeyd etdiyi torpaq sahəsinin mülkiyyətçilər arasında bölüşdürülməsi zərurəti yaranmış, lakin mərhum bacısının adına ölüm haqqında şəhadətnamə verilmədiyindən bunu etmək mümkün deyildir. Bu səbəbdən də, o, Maraqlı şəxsnə müraciət edərək mərhum bacısının adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş emiş, lakin orada ona bildirmişlər ki, mərhum X15 ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X15 həqiqətən də, 14 mart 2014-cü il tarixdə vəfat etməsi və Qusar rayonu Qaratoba kənd qəbirstanlığında dəfn edilməsi şahidlərin iştirakları ilə tərtib olunmuş və Qusar rayon İHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktla tam təsdiq olunur. Ona görə də, hesab edir ki, mərhum bacısının 14 mart 2014-cü il tarixdə Qusar rayonu Qaratoba kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 31 oktyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.1958-ci il tarixdə Qusar rayonu Qarat oba kəndində anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, anası X7r. İşdə olan Аз № 244802 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. X2, anası X9r. İşdə olan Maraqlı şəxsndən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X13 ilə X4 nikahları xx.xx.1978-ci il tarixdə Qusar rayonu Yuxarı Tahircal kəndində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Fərmanova” soyadını qəbul etmişdir. İşdə olan X12, X21, X17 tərəfindən tərtib edilmiş 06 may 2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü, Qusar rayonun Qaratoba kəndində yaşamış X11 həqiqətən xx.xx.2014-cü il tarixində Qusar rayonun Qaratoba kəndində vəfat etmişdir və Qaratoba kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 14 mart 2014-cü il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X5 14 mart 2014-cü il tarixdə Qusar rayonu Qaratoba kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı X5 14 mart 2014-cü il tarixdə Qusar rayonu Qaratoba kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-615/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-615/2023
31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver