Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-629/2022 27.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, qanunsuz inşa edilmiş tikiliunin sökülməsi və torpaq sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.2, 149.2.3-cü maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin qanunsuz istifadə olunması göstərilsə də, əvvəlcə bu barədə hər hansı quruma (Reyestr Xidmətinin Ərazi İdarəsinə, bələdiyyəyə, icra nümayəndəliyinə və s. orqana) müraciət olunub-olunmaması, əgər torpaq sahəsi zəbt olunmuşdursa bu barədə müvafiq mütəxəssis rəyinin alınıb-alınmaması barədə hər hansı sənəd ərizəyə əlavə olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə torpaq sahəsinin buraxılmasının təklif olunubolunmaması, olunmuşdursa bu barədə ona müvafiq müraciətin göndərilməsi və nəticəsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. Bundan başqa, iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, telefon nömrəsi, o cümlədən mobil telefon nömrəsi göstərilməmişdir. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-629/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-629/2022
27.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver