Məhkəmə qərarları › İş №2(029)-634/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-634/2025

03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-634/2025 03.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək 04 yanvar 1962-ci ildə anadan olmuş X1 07 mart 2025-ci il tarixdə Qusar şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, əri X5 07 mart 2025-ci il tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhər qəbirstanlığında dəfn edilmişdir. X5 uzun müddət xəstə olmuş, vəfat etməmişdən iki gün əvvəl də Qusar rayon xəstəxanasında müalicə almış, lakin vəziyyətinin kəskinləşməsi səbəbindən və müalicələrin artıq təsir göstərməməsi səbəbindən xəstəxanadan evə buraxılmışdır. 07 mart 2025-ci il tarixdə X1 vəziyyətinin kəskinləşməsini görüb bu barədə TTY stansiyasına məlumat vermiş, TTY briqadası gəlmiş və X2 tibbi yardım göstərmiş, lakin buna baxmayaraq X5 qəfləti ürək çatışmamazlığından vəfat etmişdir. Bu barədə TTY stansiyası tərəfindən müvafiq arayış da verilmişdir. Bundan sonra başı yas mərasiminə qarışmış və qanunla müəyyən olunmuş müddət ərzində ölüm haqqına şəhadətnamə almaq üçün müraciət edə bilməmişdir. Sonradan Qusar rayon Mərkəzi Xəstəxanası X12ə müraciət edərək mərhum əri X1 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, lakin 15 aprel 2025-ci il tarixli cavab məktubu ilə həmin sənədin verilməsindən imtin edilmişdir. Həmçinin, Maraqlı şəxsnə müraciət edərək mərhum ərinin adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin oradan ona bildirmişlər ki, mərhum X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Odur ki, əri X1 07 mart 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbini müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçinin əri Arif onun qardaşıdır. Arif iş yerində olanda özündən getmiş, bir il müalicə almış və sonra vəfat etmişdir. Qardaşı Arif üçün vaxtında ölüm haqqında şəhadətnamə alınmamış, sonra isə müddət keçdiyinə görə verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ərizəçinin əri Arifin yeznəsidir. Arif xx.xx.2025-ci il tarixdə vəfat etmiş və o, həmin şəxsin dəfn və yas mərasimlərində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 04 aprel 1962-ci ildə Quba rayonunun Vəl-Vələ kəndində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 07 mart 2025-ci il tarixdə ildə X1 adına ünvan 1 ünvanına çağırış olmuş və həkimlər saat 21:20-də çağırış yerinə gələndə “ürək dayanmasından qəflətən ölüm” diaqnozu qoyulmuşdur. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, qəbirüstü daşının üzərində “X5– xx.xx.1962-xx.xx.2025” sözləri yazılmışdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X10 15 aprel 2025-ci il tarixli məktubunda qeyd edilir ki, Ərizəçi ərinin ölməsi faktı ilə əlaqədar müvafiq şəhadətnamə alınması üçün qanunla müəyyən edilmiş müddətdə müraciət etmədiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 25 aprel 2025-ci il tarixli 3-16-15/8-15- 187/2025 saylı məktubdan görünür ki, X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X1 07 mart 20150-ci il tarixdə Qusar şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 04 yanvar 1962-ci ildə anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar