Məhkəmə qərarları › İş №2(029)-635/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-635/2025

28.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-635/2025 28.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il tarixdə anadan olmuş X1 xx.xx.1964-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi verərək bildirmişdir ki, xx.xx.1967-ci il tarixdə anadan olmuş X1 xx.xx.1964-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəməyə müraciət edir. Odur ki, hal-hazırda xx.xx.1964-cü il tarixdə anadan olmuş X1 xx.xx.1964-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun X2 xx.xx.1964-cü il tarixdə Qusar rayonu Zindan muruğqışlaq kəndində anadan olmuşdur. X2 xx.xx.1964-cü il tarixdə Qusar rayonun Zindanmuruğqışlaq kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Onun atası isə 10 yanvar 2007-ci il tarixdə Qusar rayonu Zindanmuruğqışlaq kəndində vəfat edmişdir. Atasının vərəsələr sırasına mərhum X2da daxildir. O, X4 vərəsəsi kimi öz vərəsəlik hüquqlarımı həyata keçirmək istəyir, lakin mərhum bacısının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. Bu səbəbdən də, əvvəlcə Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət edərək mərhum X1 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, lakin həmin sənədin verilməsi mümkün olmamış, həmin publik hüquqi şəxs tərəfindən xx.xx.2025-ci il tarixli məktub verilmişdir. O, X1 həqiqətən də xx.xx.1964-cü il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs bu barədə qeyd aparmaqdan imtina etmişdir. X1 həqiqətən də xx.xx.1964-cü il tarixdə Qusar rayonun Zindanmuruğqışlaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Bacısı Tağıyeva Sənubər Seydulla qızının həqiqətən də xx.xx.1964-cü il tarixdə Qusar rayonun Zindanmuruğqışlaq kəndində vəfat etməsi və həmin kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi qəbrinin fotoşəkillərlə təsdiq olunur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İşdə olan Maraqlı şəxsndən verilmiş 03 aprel 2025-ci il tarixli 353 saylı arayışdan görünür ki, xx.xx.1964-cü ildə Azərbaycan Respublikasının Qusar rayonu Zindan Muruq qışlaq kəndi anadan olmuş HX3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan 09 aprel 2025-ci il tarixli X8, X9 və X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, mərhum xx.xx.1964-cü il təvəllüdlü X7 xx.xx.1964-cü il tarixdə vəfat etmiş və Zindanmuruqqışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur İşdə olan 09 aprel 2025-ci il tarixli 5-63-19/2-T-134-42-134/2025 saylı Qusar rayonu İHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Zindanmuruqqışlaq kənd sakinləri X8,X9 və X6 tərəfindən təsdiq olunmuş xx.xx.2025-ci il tarixli Akta əsasən,mərhum xx.xx.1964-cü il təvəllüdlü X7 xx.xx.1964-cü il tarixdə vəfat etmiş və Zindanmuruqqışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin xx.xx.1964-cü il təvəllüdlü X1 ölməsi faktı təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi xx.xx.1964-cü il tarixdə anadan olmuş X1 xx.xx.1964-cü il tarixdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1964-cü il tarixdə anadan olmuş X1 xx.xx.1964-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar