Məhkəmə qərarları › İş №2(029)-65/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-65/2025

22.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-65/2025 22.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki sərhədin bərpa edilməsi və qanunsuz tikilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki sərhədin bərpa edilməsi və qanunsuz tikilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşməklə onun mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 1 metr enində və 9 metr uzunluğunda hissəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq onun qanuni istifadəsinə qaytarılmalı və onun tərəfindən mişar daşmdan inşa edilmiş 9 metr uzunluğunda hasar öz hesabına sökülməklə əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış və işə əlavə edilmiş ərizədən görünür ki, iş üzrə verilmiş iddia tələbi ilə əlaqədar cavabdehlə aralarında razılıq əldə olunmuşdur. Ona görə də ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı X1 məhkəmədə işə baxılması üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı X3 qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki sərhədin bərpa edilməsi və qanunsuz tikilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. İddiaçı X1 məhkəmədə işə baxılması üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra iddiaçı X3 qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar