Məhkəmə qərarları › İş №2(029)-664/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-664/2021

30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-664/2021 30.08.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 02 iyun 1996-cı il tarixdə anadan olmuş X4 23 iyun 1998ci il tarixdə Qusar rayonu Həzrə kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun 02 iyun 1996-cı il təvəllüdlü qızı X7 23 iyun 1998-ci il tarixdə Qusar rayonu Həzrə kəndində ölmüş və həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhum qızı öldükdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, o, Maraqlı şəxsnə müraciət edərək mərhum qızının adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin oradan ona bildirmişlər ki, onun qızının ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X9 həqiqətən də 23 iyun 1998-ci il tarixdə ölməsi və Qusar rayonu Həzrə kənd qəbirstanlığında dəfn edilməsi Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Qusar rayon Həzrə bələdiyyəsi tərəfindən verilmiş arayışlarla və şahidlərin iştirakları ilə tərtib olunmuş aktla tam təsdiq olunur. Ona görə də hesab edir ki, mərhum qızı Renanın 23 iyun 1998-ci il tarixdə Qusar rayonu Həzrə kəndində ölməsi faktı müəyyən olunmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir və ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirir ki, o şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin şöbənin rəisi X3 isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 186.5-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 571 saylı arayışdan görünür ki, X7 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında qeyd tapılmamışdır. İşdə olan X6, X1 və X5 tərəfindən tərtib edilmiş 13 iyul 2021-ci il tarixli aktdan görünür ki, Ərizəçi 02 iyun 1996-cı il təvəllüdlü qızı X7 23 iyun 1998-ci il tarixdə Qusar rayonu Həzrə kəndində ölmüş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Onlar həmin şəxsin dəfn və yas mərasimlərində iştirak etmişlər. İşdə olan Qusar İHB-nın Həzrə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 303 saylı arayışdan görünür ki, Qusar rayonu Həzrə kəndində pasport qeydiyyatında olan Ərizəçi övladı X7 23 iyun 1998-ci il tarixdə Həzrə kəndində ölmüş və Həzrə kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 09.07.2021-ci il tarixli 05-Q- 143/15 saylı məktubdan görünür ki, şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri mümkündür. Ona görə də, X4 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, həqiqətən də, ərizəçinin övladı X7 23 iyun 1998-ci il tarixdə Qusar rayonu Həzrə kəndində ölmüş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum X9 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X4 23 iyun 1998-ci il tarixdə Qusar rayonu Həzrə kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 02 iyun 1996-cı ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş X4 23 iyun 1998ci il tarixdə Qusar rayonu Həzrə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar