Məhkəmə qərarları › İş №2(029)-669/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-669/2023

14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-669/2023 14.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin qardaşı X1 14 aprel 1998-ci il tarixdə Quşar rayonu Bədişqala kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun 02 mart 1996-cı il təvəllüdlü qardaşı X2 iki yaşında olarkən xx.xx.1998-ci il tarixdə vəfat etmiş və Qusar rayonu Bədişqala kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin, mərhum qardaşı vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ailəsinin mülkiyyətində 3.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş KOD 30107028 JN:0075 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mərhum qardaşı Rəhmanın adı qeyd olunduğuna görə torpaq sahəsi ilə bağlı sərəncam səlahiyyətilərinin həyata keçirilməsinə maneçilik yaranır. Bu səbəbdən də, Maraqlı şəxsnə müraciət edərək mərhum qardaşının adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin orada ona bildirmişlər ki, mərhum X4 ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X4 həqiqətən də, 14 aprel 1998-ci il tarixdə vəfat etməsi və Qusar rayonu Bədişqala kənd qəbirstanlığında dəfn edilməsi Qusar rayon İHB- nın Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla tam təsdiq olunur. Ona görə də, hesab edir ki, mərhum X4 14 aprel 1998-ci il tarixdə Qusar rayonu Bədişqala kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəni müdafiə etmiş, ərizədə göstərilən xüsusatları təsdiq etmiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədəbn xahişetmişdir. Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 14 dekabr 2023-cü il tarixə saat 10:00-a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, iş üzrə məhkəmə baxışı iclasının onun və Ərizəçi iştirakları olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş 28 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X2 02 mart 1996-cı il tarixdə Qusar rayonunun Bədişqala kəndində anadan olmuşdur. Bu barədə 30 aprel 1996-cı il tarixdə Qusar rayonunun Gedəzeyxur kənd icra nümayəndəliyin tərəfindən 43 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Maraqlı şəxsndən verilmiş 06 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1996-cı ildə Qusar rayonu Bədişqala kəndində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 421 saylı arayışdan görünür ki, xx.xx.1996 cı ildə Qusar rayonun Bədişqala kəndində anadan olmuş X2 həqiqətən xx.xx.1998 ci ildə vəfat etmiş və Bədişqala kənd qəbristanlığmda dəfn edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 28 fevral 2023-cü il tarixli arayışdan görünür ki, X2 02 mart 1996-cı il tarixdə Qusar rayonunun Bədişqala kəndində anadan olmuşdur. Bu barədə 30 aprel 1996-cı il tarixdə Qusar rayonunun Gedəzeyxur kənd icra nümayəndəliyin tərəfindən 43 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-17/6/2-11041/2023 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1996-cı il təvəllüdlü X3 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qusar rayon polis şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 2-13-93/2-18580/2023 saylı məktubdan görünür ki, 1996-cı il təvəllüdlü X1 xəbərsiz itkin düşməsi və ölməsi haqqında Qusar rayon Polis Şöbəsində hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X1 14 aprel 1998-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi qardaşı X1 14 aprel 1998-ci il tarixdə Quşar rayonu Bədişqala kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qardaşı X1 14 aprel 1998-ci il tarixdə Quşar rayonu Bədişqala kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar