Məhkəmə qərarları › İş №2(029)-709/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-709/2023

07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-709/2023 07.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 aprel 1951-ci il tarixdə Qusar rayonunun Kuzun qışlaq kəndində anadan olmuş X3 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun qardaşı X5 16 aprel 1951-ci il tarixdə Qusar rayonunun Kuzun qışlaq kəndində anadan olmuşdur. X5 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində cərrahiyyə əməliyyatı vaxtı vəfat etmiş və Qusar rayonunun Kuzun- qışlaq kənd qəbiristanlığında dəfn edilmişdir. X2 vəfat etməsi barədə müvafiq icra hakimiyyəti orqanında qeydiyyat aparılmamış və həmin səbəbdən də onun ölümü haqqında şəhadətnamə almaq mümkün olmamışdır. X1 vəfat etməsi faktının müəyyən edilməsi miras əmlakla bağlı sənədləşmə işlərinin aparılması üçün zəruridir. Maraqlı şəxs 282 saylı, xx.xx.2023-cü il tarixli arayışından da görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. X3 20 mart 1981-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Qusar rayonunun Kuzun-qışlaq kənd qəbiristanlığında dəfn olunması faktı ərizəsinə əlavə etdiyi Qusar RİHB-nın Kuzun-qışlaq kənd İƏÜ nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 209 saylı arayışı və xx.xx.2023-cü il tarixli akt, həmçinin ərizəyəyə əlavə edilmiş fotoşəkillərlə tam sübuta yetir. Ərizəyə əlavə etdiyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/Q- 162/15 №-li məktubu ilə X3 ölümünün qeydə alınmasından imtina edilmiş və bu barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili X13 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir.Bundan əlavə bildirmişdir ki, işi ilə əlaqədar xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, məhkəmə iclasının onun və Ərizəçi iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X5 xx.xx.1951-ci ildə anadan olmuşdur. X4, anası X7r. İşdə olan Maraqlı şəxsndən verilmiş 06 iyul 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1951-ci ildə Qusar rayonunun Kuzunqışlaq kəndində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan X10, X8 və X17 tərəfindən tərtib edilmiş 04 iyul 2023-cü il tarixli aktdan görünür ki, həqiqətən X9 oglu xx.xx.1981-ci il il tarixdə Bakı şəhərində vəfat olunmuş və Qusar rayonun Kuzunqışlaq kənd qəbristanlıgında dəfn olunmuşdur. İşdə olan Qusar RİHB-nın Kuzun qışlaq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 209 saylı arayışdan görünür ki, ondan ötrü ki, həqiqətən X9 oglu xx.xx.1981-ci il tarixdə Bakı şəhərində vəfat olunmuş və Qusar rayonun Kuzunqışlaq kənd qəbristanlıgmda dəfn olunmuşdur. İşdə olan qəbirdaşı fotoşəkillərindən görünür ki, X5 1951-ci ildə anadan olmuş, 1981-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X3 xx.xx.1981-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 16 aprel 1951-ci il tarixdə Qusar rayonunun Kuzun qışlaq kəndində anadan olmuş X3 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 16 aprel 1951-ci il tarixdə Qusar rayonunun Kuzun qışlaq kəndində anadan olmuş X3 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar