Məhkəmə qərarları › İş №2(029)-715/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-715/2021

21.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-715/2021 21.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Cavabdeh, onun vəkili X4 və üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı avtomobilin qayrtarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xidirov X2 Vadim İsmayıl oğluna və üçüncü şəxs X3 qarşı avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci il buraxılışlı, VAZ-21154 markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınıb onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iş üzrə Cavabdeh İddiaçı və üçüncü şəxs X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddianın geri qaytarılmasını məhkəmədən xahiş etmiş, İddiaçı isə qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməməsi barədə məhkəməyə ərizə vermiş və bu səbəbdən də qarşılıqlı iddia məhkəmənin 21 oktyabr 2021-ci il tarixli qərardadına əsasən Cavabdeh geri qaytarılaraq həmin hissədə mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2012-ci il buraxılışlı VAZ-21154 markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. O, səhhəti ilə əlaqədar avtomobili idarə edə bilmədiyinə görə mülkiyyətində olan həmin avtombili idarə etmək üçün Qusar rayonu Yasab kənd sakini X3 vermiş və həmin şəxsə 17 sentyabr 2020-ci il tarixli etibarnamə vermişdir. Xamiz Aydəmirovla aralarında belə razılıq olmuşdur ki, avtomobili həmin şəxs idarə edəcək, ona lazım olduqda isə müvafiq yerlərə aparıb gətirəcək. Etibarnamə verdikdən sonra o, avtomobili Xamiz Aydəmirova təhvil vermiş və həmin vaxtdan həmin avtomobili həmin şəxs idarə etməyə başlamışdır. Bu yaxınlarda o, avtomobili Xamiz Aydəmirovdan geri tələb etdikdə həmin şəxs avtomobilin onda olmadığını, avtomobili Qusar rayonu Əvəcuq kənd sakini Cavabdeh idarəçiliyə verdiyini və iddiaçının Xamiz Aydəmirovun adına verdiyi etibarnamə əsasında Cavabdeh adına 21 dekabr 2020-ci il tarixli etibarnamə verdiyini bildirmişdir. Lakin, onun bu barədə əvvəlcədən xəbəri olmamışdır. O, avtomobili Cavabdeh tələb etdikdə isə sonuncu bundan imtina edərək avtomobilin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Xamiz Aydəmirovun adına verdiyi etibarnamənin ləğv edilməsi barədə Qusar rayon Notariat ofisinə müraciət etmiş və 16.07.2021-ci il tarixdə həmin etibarnaməyə xitam verilmişdir. Hazırda 2012-ci il buraxılışlı, VAZ-21154 markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindədir. Göründüyü kimi Cavabdeh artıq bir aydan artıqdır ki, onun 2012-ci il buraxılışlı VAZ-21154 markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobilə dair sahiblik və istifadə hüquqlarını pozur və ona görə də hesab edir ki, cavabdeh tərəfindən onun pozulmuş sahiblik və istifadə hüquqları bərpa edilməli və həmin avtomobil cavabdehdən alınıb ona qaytarılmalıdır. Bildirir ki, avtomobilin texniki pasportu hazırda cavabdehdədir və ona görə də, həmin sənədin surətini iddia ərizəsinə əlavə edə bilmir. Bundan başqa iddiaçı, səhhətində olan problemlərlə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini və ona görə də, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, o, heç bir yerdə işləmir, 2-ci qrup əlildir. VAZ-21154 markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobil onun xüsusi mülkiyyətindədir. O, həmin avtomobili idarə etmək üçün etibarnamə əsasında oğlu ilə şərik iş görən Xamiz Aydəmirova vermişdir. Həmin şəxslə aralarında şifahi razılaşma olmuşdur ki, gələcəkdə maşını satsa onun pulunu ona verəcəkdir. Lakin, onun, nə Xamiz Aydəmirovla, nə də ki, Cavabdehla aralarında yazılı və ya şifahi alqı-satqı müqaviləsi olmamışdır. Hazırda ona məxsus avtomovil Cavabdeh qanunsuz sahibliyindədir, avtomobili ona qaytarmır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, COVİD-19 infeksiyasına qarşı peyvənd olunmadığına görə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılıb iddianın tam təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, VAZ-21154 markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobili 2020-ci ilin dekabr ayında Xamiz Aydəmirovdan 8000 manata etibarnamə əsasında satın almışdır. Həmin vaxt o, avtomobilin İddiaçı məxsus olduğunu bilmiş, maşının dəyəri olaraq 8000 manat pulu Xamiz Aydəmirova həmin şəxsin evində vermişdir. Xamiz Aydəmirov onun bacısının əridir. O, Xaçmaz rayonunda maşını öz adına rəsmiləşdirmək istəyərkən İddiaçı etibarnaməni ləğv etdiyini bilmişdir. O, maşını Xamiz Aydəmirovdan aldığına görə, İddiaçıla onun arasında alqı-satqı ilə bağlı heç bir yazılı və ya şifahi razılaşma olmamışdır. Buna baxmayaraq o, maşını satın almılşdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X7 iddianı qəbul etməyərək Cavabdeh izahatında göstərdiyi halları təsdiq etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, sözü gedən avtomobili İddiaçı oğlu Edikə 8800 manat pul verməklə etibarnamə əsasında 2020-ci ildə almış, sonradan pula ehtiyacı olduğuna görə həmin maşını satışa çıxarmış və Cavabdehla 8000 manata razılaşmışdır. Razılaşma olanda onların yanında Cavabdeh həyat yoldaşı, anası və onun özünün anası olmuşdur. Cavabdeh razılaşma olan yerdə 1000 manat beh vermiş, daha sonra İddiaçı oğlu Edikə birlikdə maşında oturanda pulun qalan hissəsini vermiş, cəmi 7930 manat pulu Cavabdeh almışdır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan 17 sentyabr 2020-ci il tarixli ƏN-Vİİ 368535 saylı Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, İddiaçı özünün mülkiyyətində olan VAZ-21154 minik markalı 90NM205 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri üzrə X3 vermişdir. İşdə olan 22 dekabr 2020-ci il tarixli ƏN-Vİİ 476591 saylı Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X5 VAZ-21154 minik markalı 90NM205 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və qeydiyyatdan çıxartmaq, ərizə vermək səlahiyyətləri üzrə Cavabdeh vermişdir. İşdə olan 12.08.2021-ci il tarixli “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı X3 verdiyi Etibarnaməyə İddiaçı ərizəsinə əsasən 16.07.2021-ci il tarixdə Qusar rayon Notariat ofisində xitam verilmişdir. İşdə olan Qusar RPŞ-nin TB-nin 23.07.2021-ci il tarixli “cinayət işiniun başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, VAZ-21154 minik markalı 90NM205 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyıət hüququ üzrə İddiaçı məxsusdur. Həmin avtomobil İddiaçı tərəfindən 17 sentyabr 2020-ci il tarixli etibarnaməyə əsasən X1 idarəçiliyinə verilmişdir. Bundan sonra həmin avtomobil Xamiz Aydəmirov tərəfindən 22 dekabr 2020-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh idarəçiliyinə verilmişdir. İddiaçıla Xamiz Aydəmirov və ya Cavabdeh arasında həmin avtomobilin alqı-satqısına dair hər hansı müqavilə isə bağlanmamışdır. İddiaçı tərəfindən Xamiz Aydəmirovun adına verilmiş etibarnaməyə 16.07.2020-ci il tarixdə xitam verilmiş, nəticədə Cavabdeh adına verilmiş etibarnamə də öz qüvvəsini itirmişdir. Bununla da, hal-hazırda Xamiz Aydəmirovun və Cavabdeh həmin avtomobilə dair sahiblik və istifadə hüquqları qalmamış, avtomobil Cavabdeh qanunsuz sahibliyində və istifadəsindədir. Cavabdeh avtomobili Xamiz Aydəmirovdan 8000 manata satın aldığını bildirsə də, sonuncu isə həmin halı təsdiq etsə də, onların aralarında hər hansı etibarlı əqdin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Onların aralarında olan şifahi razılaşmanı isə məhkəmə əhəmiyyətsiz əqd kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə İddiaçı dəlilləri ilə razılaşaraq hesab edir ki, həmin şəxsin mülkiyyətində olan VAZ-21154 markalı 90NM205 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyində və istifadəsində olduğundan, bu isə iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozduğundan həmin şəxsin pozulmuş həmin hüququ müdafiə olunmalı və avtomobil cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 2012-ci il buraxılışlı, VAZ-21154 markalı **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınıb İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar