Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-730/2025 28.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X2 01 aprel 1993-cü il tarixdə və qardaşının qızı X3 xx.xx.1985-ci il tarixdə Qusar şəhərində ölmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun qardaşı X4 xx.xx.1993-cü il tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhəri 1 nömrəli şəhər qəbirstanlığında dəfn olunmuşdur. Lakin, qardaşı Şalbuz Abdullayev vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan başqa, X8 övladı X6 da, xx.xx.1985-ci il tarixdə vəfat etmiş və o, da 1 nömrəli şəhər qəbirstanlığında dəfn olunmuşdur. Hal-hazırda o, həmin şəxslərin yeganə qanun üzrə birinci dərəcəli vərəsəsidir və özünün vərəsəlik hüququnu həyata keçirmək istəyir. Lakin, mərhum qardaşının və onun mərhum qızının adına ölüm haqqında şəhadətnamə verilmədiyindən o, həmin hüququnu həyata keçirə bilmir. Bu səbəbdən də, Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət edərək mərhum X8 və onun övladı Aygün Abdullayevanın adına ölüm haqqında tibbi şəhadətnamələrin verilməsini xahiş etmiş, lakin həmin sənədlərin verilməsi mümkün olmamış, həmin publik hüquqi şəxs tərəfindən müvafiq məktub verilmişdir. Həmçinin, Maraqlı şəxsnə müraciət edərək mərhum qardaşının və onun övladının adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin orada bildirmişlər ki, həmin şəxslərin ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından şəhadətnamələrin verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X8 və onun övladı Aygün Abdullayevanın həqiqətən də Qusar şəhərində vəfat etməsi və 1 nömrəli şəhər qəbirstanlığında dəfn edilməsi Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışla tam təsdiq olunur. Ona görə də, hesab edir ki, mərhum X8 01 aprel 1993-cü il tarixdə və onun övladı X3 xx.xx.1985-ci il tarixdə Qusar şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş 23 may 2025-ci il tarixli 577 saylı arayışdan görünür ki, xx.xx.1965-ci ildə Azərbaycan Respublikasının Qusar şəhərində anadan olmuş X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxsndən verilmiş 23 may 2025-ci il tarixli 579 saylı arayışdan görünür ki, xx.xx.1935-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunun Hil kəndində anadan olmuş X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxsndən verilmiş 17 may 2025-ci il tarixli 553 saylı arayışdan görünür ki, X6 04 avqust 1965-ci ildə AzərbaycanRespublikası Qusar şəhərində anadan olmuşdur. X1, anası X5r. İşdə olan 27 may 2025-ci il tarixl 5-63-10/2-B-942-42-946/2025 saylı Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş arayışda görünür ki, xx.xx.1935-ci il tarixdə anadan olmuş X4 xx.xx.1993-cü il tarixdə vəfat etmiş, xx.xx.1965-ci il tarixdə anadan olmuş X7 xx.xx.1985-ci il tarixdə vəfat etmiş və Qusar şəhəri nömrəli qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1935-ci il tarixdə anadan olmuş X4 xx.xx.1993cü il tarixdə və xx.xx.1965-ci il tarixdə anadan olmuş X7 xx.xx.1985-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi qardaşı X2 01 aprel 1993-cü il tarixdə və qardaşının qızı X3 xx.xx.1985-ci il tarixdə Quşar şəhərində ölmələri faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qardaşı X2 01 aprel 1993-cü il tarixdə və qardaşının qızı X3 xx.xx.1985-ci il tarixdə Quşar şəhərində ölmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-730/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-730/2025
28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver