Məhkəmə qərarları › İş №2(029)-736/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-736/2024

02.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-736/2024 02.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Məhəmmədağa qızının Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Məhəmmədağa qızı Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş 150 (yüz əlli) manat məbləğində alimentin alınmasının təsdiq olunması, həmçinin mediasiya sessiyası üçün ödənilmiş 190 (yüz doxsan) manat və hazırki ərizə üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Məhəmmədağa qızı ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində qeydiyyatda keçirərək Maraqlı şəxs ilə evlənmişdir. Həmin nikahdan onların xx.xx.2020-ci il təvəllüdlü X3 adlı bir övladları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Maraqlı şəxs ayrılmış və ayrıldıqları vaxtdan da Elton adlı uşaq onun himayəsindədir. Maraqlı şəxs ilə aralarındakı nikahın pozulması üçün Qusar rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və hal-hazırda həmin iddiası üzrə mülki iş Qusar rayon məhkəməsinin icraatındadır. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə Maraqlı şəxs, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsi həll etməyə razılaşmışlar, onunla Maraqlı şəxs və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X6 arasında xx.xx.2024-cü il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında müvafiq barışıq sazişi bağlanmış, Maraqlı şəxs Elton adlı uşağın saxlanması üçün 2024-cü ilin aprel ayından başlayaraq hər ay 150 (yüz əlli) manat məbləğində aliment ödəməyə razılıq vermişdir. Barışıq sazişi bağlandıqdan sonra sazişin bəndlərinə uyğun olaraq o, üzərinə düşən öhdəliyi icra etmiş, Maraqlı şəxs uşağı ilə görüşməsinə heç bir əngəl və maneə törətməmişdir. Lakin, Maraqlı şəxs barışıq sazişində nəzərdə tutulmuş aliment məbləğini könüllü olaraq ödəməkdən boyun qaçırır. Ərizəçi Məhəmmədağa qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi Məhəmmədağa qızı (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:

1. “İkinci tərəf” “Birinci tərəfə xx.xx.2020-ci il tarixində anadan olan X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, 2024-cü ilin aprel ayından başlayaraq, hər ay 150 (bir yüz əlli) manat aliment ödəməyi öhdəsinə götürür.

2. “İkinci tərəf” xx.xx.2020-ci il tarixində anadan olan X1 “Birinci tərəfin ünvan 1 ünvanda müəyyən edilməsinə etiraz etmir.

3. “Birinci tərəf” cehiz əmlakından imtina edir.

4. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

5. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

6. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

7. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

8. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

9. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 10.Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. İşdə olan AZ-İV 447797 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14 fevral 2020-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçi Məhəmmədağa qızıdır. İşdə olan xx.xx.2024-cü il tarixli 877 saylı qəbzdən görünür ki, Ağamirzəyeva X2 rayon Məhkəməsinin hesabına 100 (yüz) manat məbləğində ödəniş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilədən görünür ki, Birinci tərəf (Ərizəçi Məhəmmədağa qızı) - 50 (əlli) AZN İMS və 140 (bir yüz qırx) AZN TMS üçün xərc ödəmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi Məhəmmədağa qızı və Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmiş, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqlar doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, İkinci tərəf” “Birinci tərəfə xx.xx.2020-ci il tarixində anadan olan X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün, 2024-cü ilin aprel ayından başlayaraq, hər ay 150 (bir yüz əlli) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. “İkinci tərəf” xx.xx.2020-ci il tarixində anadan olan X1 “Birinci tərəfin ünvan 1 ünvanda müəyyən edilməsinə etiraz etmir. “Birinci tərəf” cehiz əmlakından imtina etmişdir. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi X5 barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Məhəmmədağa qızı və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi Məhəmmədağa qızının məhkəməyə müraciətlə əlaqədar ödədiyi 100 manat dövlət rüsumu, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 190 manat Ərizəçi Məhəmmədağa qızının xeyrinə Maraqlı şəxs tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi Məhəmmədağa qızı ilə Maraqlı şəxs arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X4 iştirakı ilə bağlanmış 29 mart 2024-cü il tarixli barışıq sazişinin təsdiq olunsun. Ərizəçi Məhəmmədağa qızının məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 (yüz) manat dövlət rüsumu, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 190 (yüz doxsan) manat məbləği Maraqlı şəxs tutularaq Ərizəçi Məhəmmədağa qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar