Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-750/2025 18.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ İHakim Qasımov Anar Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X2 xx.xx.2025-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun qardaşı X4 xx.xx.2025-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində vəfat etmiş və Qusar rayonu Gedəzeyxur kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin, qardaşı X4 vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Belə ki, X5 Yardım Stansiyasının həkimləri gəlmiş və onlar tərəfindən müvafiq arayış da verilmiş, həmin arayışda X3 qəfləti ölməsi göstərilsə də onun ölümü haqqında şəhadətnamə verilməmişdir. Hal-hazırda o, mərhum qardaşının adına ölüm haqqında şəhadətnamə ala bilmir. Bu səbəbdən də, Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət edərək mərhum X1 adına ölüm haqqında tibbi şəhadətnamələrin verilməsini xahiş etmiş, lakin həmin sənədlərin verilməsi mümkün olmamış, həmin publik hüquqi şəxs tərəfindən müvafiq məktub verilmişdir. Həmçinin, Maraqlı şəxsnə müraciət edərək mərhum qardaşının adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin orada bildirmişlər ki, həmin şəxsin ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından şəhadətnamənin verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X1 həqiqətən də Qusar rayonu Gedəzeyxur kəndində vəfat etməsi və həmin kənd qəbirstanlığmda dəfn edilməsi Qusar rayon İcra Hakimiyyəti Başçısının Gedəzeyxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışla tam təsdiq olunur. Ona görə də, hesab edir ki, mərhum X1 30 aprel 2025-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbini müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, onun X1 başında şiş əmələ gəlmiş, iki gün xəstəxanada qalmış, sonra evə gətirmişlər. Daha sonra qardaşı vəfat etmiş və onu yaşadıqları kəndin qəbirstanlığında dəfn etmişlər. 1 ay keçdikdən sonra sənəd üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin qardaşı Sultan Ramazanov 30 aprel 2025-ci il tarixdə yaşadıqları Qusar rayonu Gedəzeyxur kəndində vəfat etmiş və lkənd qəbirstanlığında dəfn olunmuşdur. O, həmin şəxsin yas mərasimlərində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizə göndərərək iş yükünün çox olması səbəbindən nümayəndənin məhkəmə iclasında iştirak edə bilmədiyini, qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ ******* və İ-JQ 362539 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi ilə 02 mart 1972-ci il təvəllüdlü X3 valideynləri eyni olmaqla onlar qardaşdırlar. İşdə olan Qusar rayon İHB-nın Gedəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli 5-63-22/2-R-344-23-340/2025 saylı arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Qusar rayonu Gedəzeyxur kənd sakini X4 30 aprel 2025-ci il tarixdə vəfat etmişdir və Gedəzeyxur kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-54/3-887/2025 saylı arayışdan görünür ki, Ərizəçi X1 ölüm faktı ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, ölümün qeydiyyatı gecikdiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil və ölüm faktının müəyyən edilməsi, ölüm şəhadətnaməsinin verilməsi üçün Qusar rayon məhkəməsinə müraciət edə bilər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli 3-16-15/8-15- 230/2025 saylı məktubdan görünür ki, X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1972-ci ildə anadan olmuş X3 30 aprel 2025-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə anadan olmuş X3 30 aprel 2025-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-750/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-750/2025
18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver