Məhkəmə qərarları › İş №2(029)-778/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-778/2022

18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-778/2022 18.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun X1 həqiqətən də, 24 iyun 2021-ci il tarixdə Qusar şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun X5 24 iyun 2021-ci il tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhər 2 nömrəli qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, X1 vərəsəsi kimi öz vərəsəlik hüquqlarımı həyata keçirmək istəyir, lakin atasının ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsində müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. X1 həqiqətən də 24 iyun 2021-ci il tarixdə Qusar şəhərində vəfat etməsi və Qusar şəhər 2 nömrəli qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi atasının qəbirinin fotoşəkili 18 may 2022-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, X1 həqiqətən də 24 iyun 2021-ci il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qusar rayon Qeydiyyat şöbəsi bu barədə qeyd aparmaqdan imtina etmişdir. X1 həqiqətən də 24 iyun 2021-ci il tarixdə Qusar şəhərində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, məhkəmə iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək bildirmişdir ki, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bundan başqa bildirmişdir ki, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 13 noyabr 2021-ci il tarixli 901 saylı Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, 19 fevral 1939-cu ildə Qusar rayonunun Sudur kəndində anadan olmuş X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Qusar rayonu Sudur kəndində anadan olmuşdur. X5, anası X3r. İşdə olan AZE seriyalı 04759751 saylı Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1939-cu ildə Qusar rayonu Sudur kəndində anadan olmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli 05-Q-259/15 saylı Qusar rayon Qeydiyyat şöbəsindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, ölüm faktı tibb müəssəsəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı, MTE rəyi təsdiq edilməlidir. O, şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də - X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan 18 may 2022-ci il tarixli Ərizəçi, X4, X7, X6 və X9 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi atası X12 (Ş/V AZE 04759751, xx.xx.2005-ci il Qusar RPŞ, Qusar rayonu Sudur kəndi) xx.xx.1939-cu il təvəllüdlü, Qusar rayonu Sudur kəndində qeydiyyatda olan, 24 iyun 2021-ci il tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhər 2 nömrəli qəbirstanlığında dəfn edilmişdir. İşdə olan 12 oktyabr 2022-ci il tarixli NA/137 saylı Qusar RİHB-nın Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş məktubun surətindən görünür ki, Qusar rayonu Sudur kəndində qeydiyyatda olmaqla, Qusar şəhəri Zərifə Əliyeva küçəsi 265 saylı evdə yaşamış 19 fevral 1939-cu il təvəllüdlü X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş 149-19506-1222 saylı xx.xx.2022ci il tarixli məktubdan görünür ki, Qusar rayon sakini X2 Rpsi tərəfindən xəbərsiz itkin düşmüş şəxs qismində axtarışa elan edilmiş şəxslər siyahısında yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli 15205 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş məktubdan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1939-cu il təvəllüdlü X10 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 33/3742 saylı Azərbaycan Respublikası Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X8 dövlət sərhəddindən hərəkətləri barədə İAMAS bazasında məlumatr qeydə alınmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin X5 24 iyun 2021-ci il tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhər 2 nömrəli qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum atası Ziyaddin İsmayılovun ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və xx.xx.1939-cu il təvəllüdlü X8 24 iyun 2021-ci il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X8 24 iyun 2021-ci il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar