Məhkəmə qərarları › İş №2(029)-779/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-779/2022

29.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-779/2022 29.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ərizəçi Maraqlı şəxs qarşı “Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 11 yanvar 2022-ci il tarixdə Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X1 iştirakı ilə imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması tələbinə” dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi “Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 11 yanvar 2022-ci il tarixdə Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X1 iştirakı ilə imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirr. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, hazırkı iddia qiymətləndirilməyən iddia ərizəsidir və həmin iddianın məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun 50 manat hissəsi mediasiya xərci kimi ödənilsə də, qalan 50 manat məbləğində dövlət rüsumu ödənilməmişdir. Bununla da, iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd tam təqdim edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi “Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 11 yanvar 2022-ci il tarixdə Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X1 iştirakı ilə imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Ərizəçi “Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 11 yanvar 2022-ci il tarixdə Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator X1 iştirakı ilə imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması tələbinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizəçi təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar