Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-781/2024 11.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq tələbinə” dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq tələbinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2.7061 ha, 1.5466 ha, 1.9333 ha və 4.2483 ha torpaq sahələrinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdırki, Cavabdeh onun tanışıdır və uzun müddət onunla münasibətləri yaxşı olmuşdur. 2006-cı ildə özü üçün kənd təsərrüfatı təyinatlı torpaq sahəsi axtararkən cavabdeh ona belə bir torpaq sahəsi tapa biləcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən Cavabdeh 100 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini taparaq adına rəsmiləşdirməyi öhdəsinə götürmüş, buna görə onun tərəfindən şahid Əkbər Əliyevin yanında 40000 (qırx min) ABŞ dolları məbləğində pul ödənilmiş, bu barədə Cavabdeh 04 iyul 2006-cı il tarixli qəbz vermişdir. Həmin vaxtdan sonra mütəmadi olaraq cavabdehdən torpaq sahələrini tələb etdikdə o, müxtəlif bəhanələrlə bundan yayınmış, torpaq sahələrini onun adına rəsmiləşdirməmişdir. Cavabdeh hər dəfə ilin sonunadək məsələni həll edəcəyini bildirmiş, təxminən 5 il bu cür davam etmişdir. Bundan sonra o, Cavabdeh verdiyi 40000 (qırx min) ABŞ dolları qaytarmasını tələb etmişdir, cavabdeh isə yenə torpaq sahələrini adına rəsmiləşdirəcəyini bildirmiş, 2016-2017-ci illərdə isə 2018-ci ilin əvvəlinədək verdiyi pulu geri qaytaracağına söz vermişdir. Bundan sonra cavabdeh yenə vədinə əməl etməmiş və bu səbəbdən də, həmin şəxsə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Qusar rayon məhkəməsinin 03 mart 2021 rci il tarixli 2(029)-198/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişir. İşə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən Cavabdeh ona müraciət edərək özünün və ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2.7061 ha, 1.5466 ha, 1.9333 ha və 4.2483 ha torpaq sahələrini onun adına rəsmiləşdirəcəyini, bunun qarşılığında isə onun cavabdehə qarşı olan 40000 ABŞ dolları məbləğində pul tələbindən imtina etməyi təklif etmiş, o isə bununla razılaşmış, bundan sonra Cavabdeh 07 sentyabr 2021-ci il tarixdə yuxarıda qeyd etdiyi torpaq sahələrinə dair sərəncam vermək səlahiyyətinin verilməsi barədə onun adına 10 il müddətinə etibarnamə tərtib edib vermiş, həmçinin torpaq sahələrinin digər mülkiyyətçiləri olan ailə üzvlərinin torpaq sahələrinin satılmasına notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini vermişdir. Bundan sonra 10 sentyabr 2021 -ci il tarixdə o özünün məhkəmədə olan iddiasindan imtina ərizəsini Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etmiş və həmin məhkəmənin 10 sentyabr 2021-ci il tarixli 2(105)-1959/2021 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Lakin, bundan qısa müddət keçdikdən sonra Cavabdeh onun adına verdiyi etibarnaməni ləğv etmiş və o, torpaq sahələrini rəsmiləşdirə bilməmişdir. Bununla da, Cavabdeh onu aldanaraq onun cavabdehə qarşı olan pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməsinə nail olmuş, bundan sonra həmin tələblə həmin şəxsə qarşı iddiası qaldırmağı isə mümkün deyildir. Göründüyü kimi, Cavabdeh ona ödəməli olduğu 40000 ABŞ dolları məbləğində pulun müqabilində özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrini onun mülkiyyətinə verilməsini üzərinə götürməklə onun qarşısında mülki öhdəliyi yaranmışdır. Cavabdeh həmin öhdəliyini yerinə yetirməmiş, bundan yayınmışdır. Cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyini icra etmədiyindən həmin şəxsin və onun ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2.7061 ha, 1.5466 ha, 1.9333 ha və 4.2483 ha torpaq sahələri onun mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğu iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, işdə olan 2(029)-198/2021 saylı xx.xx.2021-ci il tarixli Qusar rayon qətnaməsindən görünür ki, Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan 2(105)-1959/2021 saylı xx.xx.2021-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından görünür ki, iş üzrə Qusar rayon Məhkəməsinin 2(029)-198/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Sudur kəndində yerləşən 4.2483 ha kənd təsərrüfı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Sudur kəndində yerləşən 1.9333 ha kənd təsərrüfı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Sudur kəndində yerləşən 1.5466 ha kənd təsərrüfı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Sudur kəndində yerləşən 2.7061 ha kənd təsərrüfı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2.mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi; 365.1.4. etibarnamə verilmiş şəxsin imtinası; 365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.6. adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi; 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; 365.1.8. etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması. 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını, iş materiallarının tədqiqinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi uğursuzdur və iddia tələbi əsassızdır, iddia tələbinin təmin ediməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq tələbinə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-781/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-781/2024
11.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver