Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-782/2024 03.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə,ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, üçüncü şəxs X5 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və üçüncü şəxs X7 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs X7 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və üçüncü şəxs X7 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kodu 30123018 olan JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən, Qusar rayonu Xuray kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə dair onun 1/5 hissədə olan mülkiyyət payının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022ci il tarixli 10/6599 saylı ekspert rəyinə müvafiq qaydada naturada ayrılaraq ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və üçüncü şəxs X7 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kodu 30123018 olan JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən, Qusar rayonu Xuray kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə dair onun 1/5 hissədə olan mülkiyyət payının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə müvafiq qaydada naturada ayrılaraq ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, kodu 30123018 olan JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.24 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun, X4nın, əri X3, övladları Anar və Əhməd Rəhimovlarının adlarına qeydiyyata alınmaqla onların birgə mülkiyyətindədir. X21 və oğlu Əhməd Rəhimov vəfat etmişlər. Hal-hazırda həmin torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o özünün sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə cavabdehlərlə razılığa gələ bilmir, o, özünə aid torpaq sahəsini özgəninkiləşdirmək istəyir, cavabdeh isə bununla bağlı razılığını bildirməkdən yayınır. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də, paylar bərabər sayılmalıdır. Qızı X2 rayon məhkəməsinə müraciət edərək özünün mülkiyyət payının ayrılmasını xahiş etmiş, bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və torpaq sahəsinin bölünmə variantı barədə rəy verilmişdir. Bundan sonra Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-59/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq KOD 30123018 JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ üzrə X3, İddiaçı, Cavabdeh, X10 və Şixəliyeva (Rəhimova) Aytən Həmzəbəy qızının adlarına qeydiyyata alınmış, Qusar rayonu Xuray kəndi ərazisində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin uzunluğu 47,24 metr, eni 10.33 metr, sahəsi 0.048 ha olan hissəsi (Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022- ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş torpaq sahəsinin bölgü variantına dair plan-sxeminə uyğun olaraq) naturada ayrılaraq X6 ayrıca mülkiyyətinə verilməsi qət edilmişdir. Halhazırda o da, mülkiyyətçi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq KOD 30123018 JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsinin özünə aid hissəsinin naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsini zəruri hesab edir. Yuxarıda qeyd etdiyi kimi Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-59/2022 saylı qətnaməsi ilə KOD 30123018 JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsinin 1/5 hissə təşkil edən hissəsi Aytən Şixəliyevanın ayrıca mülkiyyətinə verilmişdir. İşə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Qusar rayonu Xuray kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinin Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən mülkiyyətçilər (payçılar) arasında bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Torpaq sahəsinin bölgü variantına dair plan sxem rəyə əlavə edilmişdir. Həmin sxemdən görünür ki, torpaq sahəsinin sahəsi 0.24 ha olmaqla eni 51.7 metr, isə təxminən 47.24 metrdir. Torpaq sahəsi bir tərəfdən kənd yolu ilə, digər üç tərəfdən isə qonşu sahələri ilə həmsərhəddir. Açılmalı olan 5 ədəd qapılar kənd yoluna çıxır. Ona görə də, həmin sxemə uyğun olaraq onun 1/5 hissə mülkiyyət payı ayrılmaqla ayrıca mülkiyyətinə verilməlidir. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, kodu 30123018 olan JN- 014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.24 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun, X1nın, atası X3, anası İddiaçı və qardaşı Əhməd Rəhimovların adlarına qeydiyyata alınmaqla onların birgə mülkiyyətindədir. X19 və qardaşı Əhməd Rəhimov vəfat etmişlər. Hal-hazırda həmin torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o özünün sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə cavabdehlərlə razılığa gələ bilmirlər, o, özünə aid torpaq sahəsini özgəninkiləşdirmək istəyir, cavabdeh isə bununla bağlı razılığını bildirməkdən yayınır. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də, paylar bərabər sayılmalıdır. X1 Qusar rayon məhkəməsinə müraciət edərək özünün mülkiyyət payının ayrılmasını xahiş etmiş, bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və torpaq sahəsinin bölünmə variantı barədə rəy verilmişdir. Bundan sonra Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-59/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq KOD 30123018 JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ üzrə X3, İddiaçı, Cavabdeh, X10 və Şixəliyeva (Rəhimova) Aytən Həmzəbəy qızının adlarına qeydiyyata alınmış, Qusar rayonu Xuray kəndi ərazisində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin uzunluğu 47,24 metr, eni 10.33 metr, sahəsi 0.048 ha olan hissəsi (Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022- ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş torpaq sahəsinin bölgü variantına dair plan- sxeminə uyğun olaraq) naturada ayrılaraq X6 ayrıca mülkiyyətinə verilməsi qət edilmişdir. Hal-hazırda o da, mülkiyyətçi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq KOD 30123018 JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsinin özünə aid hissəsinin naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsini zəruri hesab edir. Yuxarıda qeyd etdiyi kimi Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)- 59/2022 saylı qətnaməsi ilə KOD 30123018 JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsinin 1/5 hissə təşkil edən hissəsi Aytən Şixəliyevanın ayrıca mülkiyyətinə verilmişdir. İşə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Qusar rayonu Xuray kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinin Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən mülkiyyətçilər (payçılar) arasında bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Torpaq sahəsinin bölgü variantına dair plan sxem rəyə əlavə edilmişdir. Həmin sxemdən görünür ki, torpaq sahəsinin sahəsi 0.24 ha olmaqla eni 51.7 metr, isə təxminən 47.24 metrdir. Torpaq sahəsi bir tərəfdən kənd yolu ilə, digər üç tərəfdən isə qonşu sahələri ilə həmsərhəddir. Açılmalı olan 5 ədəd qapılar kənd yoluna çıxır. Ona görə də, həmin sxemə uyğun olaraq onun 1/5 hissə mülkiyyət payı ayrılmaqla ayrıca mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə qəbul etmiş və ilkin və qarşılıqlı iddiaların təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı müdafiə etmiş, ilkin iddianı isə qəbul etmiş və ilkin və qarşılıqlı iddiaların təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X11 ilkin və qarşılıqlı iddiaları qəbul etmiş və iddiaların təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia və qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, işdə olan KOD 30123018 JN:014A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/9 saylı qərarına əsasən Qusar rayonu Xuray kəndində yaşayan X3, İddiaçı, Cavabdeh, X10 və X8 mülkiyyətinə 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 2(029)-59/2022 saylı xx.xx.2022-ci il tarixli Qusar rayon Məhkəməsinin Qətnaməsindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq KOD 30123018 JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ üzrə X3, İddiaçı, Cavabdeh, X10 və Şixəliyeva (Rəhimova) Aytən Həmzəbəy qızının adlarına qeydiyyata alınmış, Qusar rayonu Xuray kəndi ərazisində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin uzunluğu 47,24 metr, eni 10.33 metr, sahəsi 0.048 ha olan hissəsi (Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş torpaq sahəsinin bölgü variantına dair plan-sxeminə uyğun olaraq) naturada ayrılaraq X6 ayrıca mülkiyyətinə verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan Qusar rayonu Xuray kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinin Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən mülkiyyətçilər (payçılar) arasında bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Torpaq sahəsinin bölgü variantına dair plan sxem rəyə əlavə edilmişdir. Həmin sxemdən görünür ki, torpaq sahəsinin sahəsi 0.24 ha olmaqla eni 51.7 metr, isə təxminən 47.24 metrdir. Torpaq sahəsi bir tərəfdən kənd yolu ilə, digər üç tərəfdən isə qonşu sahələri ilə həmsərhəddir. Açılmalı olan 5 ədəd qapılar kənd yoluna çıxır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Aqrar islahat Komissiyasının 14 sentyabr 2005-ci il tarixli 11/9 saylı qərarı ilə X3, İddiaçı, Cavabdeh, X10 və X8 birgə mülkiyyətlərinə Qusar rayonu Xuray kəndi ərazisindən 0.24 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin şəxslərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla KOD 30123018 JN:014A saylı Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçilərindən olan İddiaçı və Cavabdeh özlərinin mülkiyyət payının müəyyən edilərək naturada ayrılıb onların ayrıca mülkiyyətlərinə verilməsini xahiş etmiş, iş materiallarına əlavə edilmiş məhkəmə ekspertizasının yuxarıda göstərilən məlum rəyi ilə torpaq sahəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bölgü variantına dair plan sxem ekspert rəyinə əlavə edilmiş, həmin sxemdən görünür ki, torpaq sahəsi 0.24 ha olmaqla eni 51.7 metr, uzunluğu isə 47.24 metrdir. Torpaq sahəsi bir tərəfdən kənd yolu ilə, digər üç tərəfdən isə qonşu sahələri ilə həmsərhəddir. Torpaq sahəsinin kənd yolundan uzunluğu 47,24 metr, eni 10.33 metr olmaqla, sahəsi 0.048 ha olan beş hissəyə bölünməsi variantı mümkündür. Açılmalı olan 5 ədəd qapılar kənd yoluna açılır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə, 2(029)-59/2022 saylı xx.xx.2022-ci il tarixli Qusar rayon Məhkəməsinin Qətnaməsini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci tarixli ekspert rəyini əsas tutaraq hesab edir ki, ilkin və qarşlıqlı iddia təmin olunmalıdır. İlkin iddia təmin olunmalı, Kod 30123018 olan JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən, Qusar rayonu Xuray kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı 1/5 hissədə olan mülkiyyət payının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə müvafiq qaydada naturada ayrılaraq ayrıca mülkiyyətinə verilməlidir. Qarşılıqlı iddia təmin olunmalı, Kodu 30123018 olan JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən, Qusar rayonu Xuray kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh 1/5 hissədə olan mülkiyyət payının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə müvafiq qaydada naturada ayrılaraq ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İlkin iddia təmin edilsin. Kodu 30123018 olan JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən, Qusar rayonu Xuray kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı 1/5 hissədə olan mülkiyyət payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikintitexniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə müvafiq qaydada naturada ayrılaraq ayrıca mülkiyyətinə verilsin. Qarşılıqlı iddia təmin edilsin. Kodu 30123018 olan JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən, Qusar rayonu Xuray kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh 1/5 hissədə olan mülkiyyət payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikintitexniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə müvafiq qaydada naturada ayrılaraq ayrıca mülkiyyətinə verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-782/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-782/2024
03.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver