Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-785/2021 28.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Məhəmmədqasım oğlunun Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Məhəmmədqasım oğlu Maraqlı şəxsnə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 06 oktyabr 2015-ci il tarixdə Qusar rayonu Bədişqala kəndində anadan olmuş X5 13 mart 2016-cı il tarixdə Qusar rayonu Bədişqala kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Məhəmmədqasım oğlu ərizəni onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə qeyri-rəsmi evlənərək X8 ilə ailə həyati qurmuş, nikahları 06 yanvar 2017-ci il tarixdə rəsmi qeyd edilərək AZ-İİ 144045 saylı Şəhadətnamə verilmişdir. Həmin nikahdan onların 06 oktyabr 2015-ci il tarixdə X10 adlı uşaqları anadan olmuş, doğum akt qeydi kitablarında 29 oktyabr 2015-ci il tarixdə 519 nömrə ilə qeyd edilmişdir. 06 oktyabr 2015-ci il təvəllüdlü X10 cəmi 5 ay yaşamış, 13 mart 2016-cı il tarixdə Qusar rayonu Bədişqala kəndində vəfat etmiş və Qusar rayonu Bədişqala kənd qəbiristanlığında dəfn olunmuşdur. X5 ölümü Qeydiyyat Şöbəsində rəsmi qeydə alınmamışdır. Bu xüsusat Maraqlı şəxs 25 may 2021-ci il tarixli arayışı ilə təsdiqlənir. Daha sonra 25 aprel 2017-ci il tarixdə X12 və 28 avqust 2020-ci il tarixdə X10 adlı uşaqları doğulmuş, hər iki uşaq hal-hazırda onlarla birgə yaşayır. 06 oktyabr 2015-ci il təvəllüldü X5 Qusar rayonu Bədişqala kəndində vəfat etməsi və həmin kənd qəbiristanlığında dəfn olunması 3 ədəd fotoşəkillərlə, 12 may 2021-ci il tarixli Aktla və 17 may 2021-ci il tarixli 358 saylı arayışla təsdiqlənir. O, 2021-ci ilin may ayında Maraqlı şəxsnə ərizə ilə müraciət edərək X5 ölümünün qeydə alınmasını, onun adına ölüm haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxs 17.05.2021-ci il tarixli 05/Q-89/15 saylı məktubu ilə ölümün qeydə alınmasından imtina etmiş, X5 vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməyi tövsiyyə etmişdir. 06 oktyabr 2015-ci il təvəllüdlü X5 13 mart 2016-cı il tarixdə Qusar rayonu Bədişqala kəndində vəfat etməsi faktının müəyyən edilməsi, hazırda ailədə yaşayan 28 avqust 2020-ci il təvəllüdlü Nihad adlı uşağın hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ərizəçi Məhəmmədqasım oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılamsını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin şöbənin rəisi X2 isə məhkəməyə ərizə göndərərək işə xidməti zərurətlə əlaqədar onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 186.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş 05 may 2021-ci il tarixli Arayışdan görünür ki, X10 06.10.2015-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi Məhəmmədqasım oğlu, anası X6r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 25 may 2021-ci il tarixli 602 saylı arayışdan görünür ki, X10 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında qeyd tapılmamışdır. Arxiv məlumatları 07.10.2015-25.05.2021-ci illər üzrə yoxlanılmışdır. İşdə olan Ərizəçi Məhəmmədqasım oğlu, X3 və X1 tərəfindən tərtib edilmiş 12 may 2021-ci il tarixli aktdan görünür ki, Ərizəçi Məhəmmədqasım oğlu və X4 ər-arvad qismində yaşadıqları dövrdə 06 oktyabr 2015-ci il tarixdə X10 adlı uşaqları doğulmuş, 13 mart 2016cı il tarixdə Nihad adlı uşaq Qusar rayonu Bədişqala kəndində vəfat etmiş və Qusar rayonu Bədişqala kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, 358 saylı arayışdan görünür ki, X10 13 mart 2016-cı il tarixdə vəfat etmişdir və Bədişqala kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, X10 13 mart 2016-cı il tarixdə vəfat etmişdir və Bədişqala kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi Məhəmmədqasım oğluna ünvanlanmış 17.05.2021-ci il tarixli 05/Q-89/15 saylı məktubdan görünür ki, şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri mümkündür. Ona görə də, X5 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. İşdə olan AZ-İİ 144045 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Məhəmmədqasım oğlu ilə X4 nikahları 06.01.2017-ci il tarixdə Qusar rayon Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyində 01 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Sevinc Şixova “Salmanova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İİİ 939905 saylı və AZ-İV 487152 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi Məhəmmədqasım oğlu ilə Salmanova (Şixova) Sevinc Şöhrət qızının birgə nikahlarından 25.04.2017-ci il təvəllüdlü X12 və 28.08.2020-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, həqiqətən də, ərizəçinin övladı X10 13 mart 2016-cı il tarixdə Qusar rayonu Bədişqala kəndində ölmüş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi Məhəmmədqasım oğlu mərhum oğlu Nihad Salmanovun ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 06.10.2015-ci il təvəllüdlü X5 13 mart 2016-cı il tarixdə Qusar rayonu Bədişqala kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 06 oktyabr 2015-cı ildə Qusar rayonu Bədişqala kəndində anadan olmuş X5 13 mart 2016-cı il tarixdə Qusar rayonu Bədişqala kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-785/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-785/2021
28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver