Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-791/2022 03.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılıb geri qaytarılması tələbinə” dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılıb geri qaytarılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövıət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Seriya RX 118194 nömrəli Çıxarışla tam paylı xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına (məqsədli təyinatı) aid olan 0,08 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz tutulmuş 1,7 x 27,60 metr ölçüdə, yəni 46.92 kv.metr sahədən ibarət hissəsində onun tərəfindən özbaşına mişar daşından hasar hörülərək yerləşdirilmiş darvaza Cavabdeh hesabına sökülməsi, həmin 1,7 x 27,60 metr ölçüdə, yəni 46.92 kv.metr sahədən ibarət torpaq sahəsi boşaldıl İddiaçı qaytarılması və eləcə də məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat 40 qəpik pul Cavabdeh tutulub İddiaçı Novruza oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.3, 149.2.5-ci maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizənin tərkib hissəsi kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, ərizəyə əlavə olunmuş çıxarışın və torpaq sahəsinin planı və ölçünün surəti lazımi qaydada təsdiq olunmamış, həmçinin həmin sənədlərin surətləri işdə iştirak edən şəxslərin sayına uyğun əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılıb geri qaytarılması tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddaiçıya geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılıb geri qaytarılması tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-791/2022
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-791/2022
03.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver