Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-798/2022 08.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, anası Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının 22 mart 1988-ci il tarixdə yaşadıqları Qusar rayonu Mucuq oba kəndindəki evdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1984-cü il tarixdə Qusar rayonu Mucuq oba kəndində anadan olmuşdur. X6 04 may 2020-ci il tarixə vəfat etmişdir. Anası Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızı 10 noyabr 1962-ci il tarixdə Rusiya Federasiyası Axtı rayonu Xal kəndində anadan olmuş, 22 mart 1988-ci il tarixdə yaşadıqları Qusar rayonu Mucuq oba kəndindəki evdə vəfat etmiş və Qusar rayonu Mucuq oba kəndindəki qəbristanlıqda dəfn edilmişdir. Anası Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızı vəfat etdiyi vaxtda ölümü barədə həkim arayışı alınmamış, o, Maraqlı şəxsnə ərizə ilə müraciət edərək anası Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının ölümünün qeydə alınmasını xahiş etmiş, lakin Maraqlı şəxs anasının ölümünü təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümünün qeydə alınmasından imtina etmiş və ona Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının vəfat etməsi faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının vəfat etməsi faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun həyata keçirilməsi üçün lazımdır. Anası Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının 22 mart 1988-ci il tarixdə yaşadıqları Qusar rayonu Mucuq oba kəndindəki evdə vəfat etməsi və kənd qəbristanlığında dəfn edilməsi, dəfnində iştirak etmiş şahidlərin, müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Bundan başqa, bu halı məhkəmə iclası zamanı digər şahidlər də təsdiq edə bilərlər. Göründüyü kimi o, mərhum anası Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının 22 mart 1988-ci il tarixdə yaşadıqları Qusar rayonu Mucuq oba kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə saat 12:00-a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, iş üzrə qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan X-ЖГ 379952 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçixx xxxxxx 1984-cü il tarixdə Qusar rayonu Mucuq oba kəndində anadan olmuşdur. X6, anası X2r. İşdə olan AZ-İİ 049195 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə Qusar rayonu Mucuq oba kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxsndən verilmiş 109 saylı 30 mart 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il tarixdə Rusiya Federasiyasının Axtı rayonunun Xal kəndində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan V-БД 412926 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1962-ci il tarixdə DASSR-in Axtı rayonunun Xal kəndində anadan olmuşdur. X10, anası İsmayılova Nazənindir. İşdə olan X9, X12 və Ərizəçi tərəfindən tərtib olunmuş 04 mart 2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1962-ci il tarixdə Rusiya Federasiyasının Axtı rayonunun Xal kəndində anadan olmuş, Qusar rayonu Mucuqoba kəndində yaşamış X5 həqiqətən xx.xx.1988-ci il tarixdə Qusar rayonu Mucuqoba kəndində vəfat etmiş, Mucuqoba kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 05-Q-33/15 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1962-ci il tarixdə Rusiya Federasiyasının Axtı rayonunun Xal kəndində anadan olmuş X1 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2022-ci il tarixli 18689 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1962-ci il təvəllüdlü X4 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 49 saylı məktubdan görünür ki, 10 noyabr 1962-ci il təvəllüdlü Əyyubova (İsmailova) Şəkər (Şəkərxanım) Məhəmməd qızı yaxınlarının dediyinə görə xx.xx.1988-ci il tarixində Qusar rayonun Mucuqoba kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş xx.xx.2022-ci il tarixli 33/3743 saylı məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçinin anası xx.xx.1962ci il tarixdə Rusiya Federasiyasının Axtı rayonunun Xal kəndində anadan olmuş X3 22 mart 1988-ci il tarixdə Qusar rayonu Mucuqoba kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum anası Əyyubova (İsmayılova) Şəkərxanımın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının 22 mart 1988-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının 22 mart 1988-ci il tarixdə yaşadığı Qusar rayonu Mucuqoba kəndindəki evdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Əyyubova (İsmailova) Şəkərxanım Məhəmməd qızının 22 mart 1988-ci il tarixdə yaşadığı Qusar rayonu Mucuq oba kəndindəki evdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-798/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-798/2022
08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver