Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-802/2022 23.08.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən onunla Maraqlı şəxs1 arasında Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə azyaşlı uşaqları xx.xx.2014cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat məbləğində, cəmi 250 (iki yüz əlli) manat aliment məbləğinin ödənilməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq olunmasına, məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 manat dövlət rüsumunun, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 manat məbləğin və hüquqi xidmətlə bağlı Qusar Rayon Vəkil Bürusuna ödədiyi 100 manat xidmət haqqının ümumilikdə 300 manat pulun cavabdeh Maraqlı şəxs1 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Maraqlı şəxs1 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvvəlüdlü X4 və xx.xx.2018-ci il təvvəlüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Maraqlı şəxs1lə ayrılmışlar. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair təkliflə qarşı tərəf Maraqlı şəxs1, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, onunla Maraqlı şəxs1 oğlu və Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator Maraqlı şəxs2 arasında xx.xx.2021-ci il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs1 xx.xx.2014- cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci tərəf Maraqlı şəxs1 2021-ci il noyabr ayından başlayaraq hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat məbləğində, cəmi 250 (iki yüz əlli) manat aliment ödəməyə razılıq vermişdir və bu barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Həmçinin, Maraqlı şəxs1 barışıq sazişi bağlandıqdan sonra mediasiya prosesinə xitam verilmiş və o nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barışıq sazişinin imzalanmasından 9 ay müddət keçməsinə baxmayaraq Maraqlı şəxs1 keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş aliment məbləğini ödəməmişdir. Maraqlı şəxs1 ilə aralarında bağlanan barışıq sazişinin 2.4-cü bəndinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbiləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Yuxarıda qeyd etdiyi kimi "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, lakin Maraqlı şəxs1 könüllü müddət ərzində barışıq sazişini icra etməmişdir. O, Qusar rayonunun Aşağı-Ləgər kəndində qeydiyyatda olmaqla orada yaşayır və bu səbəbdən də, hazırkı ərizə ilə Qusar rayon məhkəməsinə müraciət edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni qəbul edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs1 (İkinci tərəf) arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “2.1. “Birinci tərəf’ “İkinci tərəf'-ə qarşı nikahın pozulmasına, aliment tələbinə və uşaqlarla görüş günlərinin təyin olunmasına dair razılığa gələrək barışığ sazişini aşağıdakı şərtlərlə bağlayırlar: -“Birinci Tərəf’ nikahın pozulmasına dair qaldırdığı iddianı “İkinci tərəf’ tam qəbul edərək razılığını bildirir və məhkəmədə “İkinci tərəf’ “Birinci “Tərəf’-in iddiasını mübahisələndirməyəcək. -“İkinci Tərəf’ xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün “Birinci Tərəf’-ə 2021-ci ilin noyabr ayından başlayaraq hər ay hər uşağa 125 (bir yüz iyirmi beş) manat miqdarında, cəmi 250 (iki yüz əlli) manat aliment ödəyəcəkdir. - xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan başlayaraq saat 17:00 gədər və bazar günü saat 10:00-dək saat 16:00 gədər görüş günləri təyin edilməsi və görüş yeri “İkinci Tərəf’-in yaşadığı ünvanda müəyyənləşdirilməsinə dair razılığa gəliblər.; 2.2 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5 Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.7 Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır: Yoxdur İşdə olan AZ-T 203591 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 sentyabr 2014-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs1, anası Ərizəçidır. İşdə olan AZ-T 203592 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 06 aprel 2018-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs1, anası Ərizəçidır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs1 xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvvəlüdlü X4 və xx.xx.2018-ci il təvvəlüdlü X3 adlı uşaqlar doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2021-ci il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə nikahın pozulması, uşağın tərəflərdən hansının yanında qalması, aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər iki tərəf nikahın pozulmasına razıdır və bununla bağlı məhkəməyə müraciət edəcəklər. Həmçinin, müəyyən edilmişdir ki, birgə nikahdan doğulmuş uşaqlar anasının yanında qalacaq və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulacaqdır. Bundan sonra, bağlanmış sazişə uyğun olaraq, Ərizəçi Maraqlı şəxs1 ilə olan nikahının pozulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanılmışxx.xx.2021-ci il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədiyi 100 manat dövlət rüsumu, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 manat və hüquqi xidmətlə bağlı Qusar rayon vəkil Bürosuna ödədiyi 100 manat xidmət haqqı, ümumilikdə 300 manat Ərizəçi xeyrinə Maraqlı şəxs1 tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat məbləğində, cəmi 250 (iki yüz əlli) manat aliment məbləğinin ödənilməsinə dair imzalanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq olunsun. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 manat dövlət rüsumunun, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 100 manat məbləğin və hüquqi xidmətlə bağlı Qusar Rayon Vəkil Bürusuna ödədiyi 100 manat xidmət haqqının ümumilikdə 300 manat pulun Maraqlı şəxs1 tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-802/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-802/2022
23.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver