Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-805/2022 03.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək,X1 həqiqətən də 06 aprel 2007-ci il tarixdə Qusar rayonu Üzdən-oba kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun X2 16 noyabr 1981-ci il tarixdə Qusar rayonunun Üzdən-oba kəndində anadan olmuşdur.X2 06 aprel 2007-ci il tarixdə vəfat etmiş və 07 aprel 2007-ci il tarixdə Qusar rayonu Üzdən-oba kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, X1 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin qardaşının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir.X1 həqiqətən də 06 aprel 2007-ci il tarixdə vəfat etməsi və 07 aprel 2007-ci il tarixdə Qusar rayonu Üzdən-oba kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi qardaşının qəbirinin fotoşəkilləri və 19 iyul 2022-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, X1 həqiqətən də 06 aprel 2007-ci il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, Maraqlı şəxs bu barədə qeyd aparmaqdan imtina etmişdir. X1 həqiqətən də, 06 aprel 2007-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizəsində yazdıqlarını təsdiq edir, ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar 03 noyabr 2022-ci il tarixə saat 11:30a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək bildirmişdir ki, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan X4, X6 və X8tərəfindən tərtib edilmiş 19 iyul 2022-il tarixli aktdan görünür ki,xx.xx.1981-ci il tarixində Qusar rayonu Üzdənoba kəndində anadan olmuş X10 həqiqətən xx.xx.2007-ci il tarixində Rusiya Federasiyasının Maxaçkala şəhərində vəfat etmiş və Qusar rayonunun Üzdənoba kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 201 saylı 23iyun 2022-ci il tarixli arayışdan görünür ki, 16 noyabr 1981-ci il tarixdə Qazaxıstan Respublikasının Novıy-Uzen şəhərində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05-Q-86/15 saylı məktubdan görünür ki, xx.xx.1981-ci il tarixdə Qazaxıstan Respublikasının Novıy-Uzen şəhərində anadan olmuş X1 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. İşdə olan X5 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs xx.xx.1981-ci il tarixdə anadan olmuş, xx.xx.2007-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli 53 saylı məktubdan görünür ki, 16 noyabr 1981-ci il təvəllüdlü X10 yaxınlarının dediyinə görə xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyasının Maxaçqala şəhərində vəfat etmiş, Qusar rayonun Üzdənoba kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 17/615591 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş məktubdan görünür ki, Penitensiar xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1981-ci il təvəllüdlü X9 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan xx.xx.2022-ci il tarixli 16/9092 saylı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, X11 sonuncu dəfə xx.xx.2006-cı il tarixdə dövlət sərhəddindən keçməklə ölkəni tərk etmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 149-19937- 1222 saylı məktubun surətindən görünür ki, Qusar rayon sakini X3 RPŞ tərəfindən xəbərsiz itkin düşmüş şəxs qismində axtarışda elan edilmiş şəxslər siyahısında yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin qardaşı 16 noyabr 1981-ci il tarixdə Qazaxıstan Respublikasının Novıy-Uzen şəhərində anadan olmuş X10 xx.xx.2007-ci il tarixində Rusiya Federasiyasının Maxaçkala şəhərində vəfat etmiş və Qusar rayonunun Üzdənoba kənd qəbirstanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qardaşı Robert Paşayevinölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 06 aprel 2007-ci iltarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsai hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X5 06 aprel 2007-ci il tarixdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 16 noyabr 1981-ci il təvəllüdlü X5 06 aprel 2007-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-805/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-805/2022
03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver