Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-825/2020 16.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlüd oğlunun iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək dogma anası X1 1987-ci ildə Qusar rayonu Xulux kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun anasıX2 1987-ci ildə Qusar rayonu Xulux kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt anası X1 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, anasının vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin anasının ölümü haqqında müvafiq qeyd aparılmadığı üçün həmin hüquqlarını həyata keçirə bilmir. Anasının həqiqətən də, 1987-ci ildə Qusar rayonu Xulux kəndində ölməsi və həmin kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi anasının qəbirinin fotoşəkili və Qusar RİHB-nın Gilah kənd İƏDÜ nümayəndəliyinin xx xxxxxxx 2019-cu il tarixli 148 saylı arayışı ilə təsdiq olunur. Bu faktı bir çox şahidlər də təsdiq edə bilərlər. O, anasının 1987-ci ildə ölməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbə bu barədə qeyd aparmaqdan imtina etmişdir. Ona görə də, həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Həmin faktın müəyyən olunması onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərilən halları təsdiq edərək göstərmişdir ki, onun anası X1 xx.xx.1987-ci il tarixdə Qusar rayonu Xulux kəndində vəfat etməsi və həmin kənd qəbiristanlığında dəfn olunması məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq olunur, həmçinin həmin halları şahidlər də təsdiq edirlər. Odur ki, ərizənin təmin edilməsi, anasıX1 xx.xx.1987-ci il tarixdə Qusar rayonu Xulux kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnaməə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlud oğlu göstərmişdir ki, ərizəçinin anası X1 xx xxxxxx 1987-ci il tarixdə Qusar rayonu Xulux kəndində ölməsi haqqında vətəndaş vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydiyyat yoxdur. Ərizəçinin bu barədə qeydiyyat aparılmasına dair müraciətinə həmin şöbə tərəfindən baxılmış və qeydiyyat üçün lazım olan sənədlər təqdim edilmədiyindən bu barədə qeydiyyatın aparılması mümkün olmamış, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Adıgözəl Mövlanov həmçinin hazırda ərizənin təmin olunub-olunmaması məsələsini məhkəmənin öz mülahizəsinə buraxdığını bildirərək iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun anası, X2 isə nənəsidir. O, orta məktəbin 8-ci sinfinə kimi nənəsi Tazabəğinin yanında yaşamışdır. Həqiqətən də, nənəsi Tazabəği xx xxxxxx 1987-ci il tarixdə Qusar rayonu Xulux kəndində ölmüş və həmin kəndin qəbiristanlığında dəfn olunmuşdur. O, nənəsi Tazabəğinin dəfn olunmasının və yas mərasimlərinin keçirilməsinin şəxsən şahidi olmuşdur. İşəbaxıb, ərizəçininvə maraqlı şəxsin nümayəndəsinin izahatlarını, həmçinin şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Beləki, işdə olan Qusar rayon İHB-nın Gilah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 147 saylı arayışdan görünür ki, həqiqətən mərhumə Xulux kənd sakini X2 1987-ci ildə vəfat etmiş və Xulux kən qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli 372 saylı arayışından görünür ki, X1 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: ölüm akt qeydləri 1985- 1991-ci illər üzrə yoxlanılmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X3 ilə X7 xx xxxxxxxx 1960-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və Fatma Şixqayıbova “Əhmədxanova” soyadını qəbul etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 318115 saylı arayışdan görünür ki, həmin şöbənin arxivində X5 doğum haqqında akt qeydiyyatı tapılmamışdır. Yoxlama 1936-1943-cü illər üzrə aparılmışdır. İşdə olan Qusar rayon İHB-nın Gilah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 148 saylı arayışdan görünür ki, həqiqətən mərhumə X2 vəfat etdiyi günə kimi Qusar rayonu Xulux kəndində yaşamışdır və onun ölümündən sonra aşadıkadı vərəsələri-qızı Ərizəçi qalmışdlr. İşdə olan fotoşəkillə müəyyən olunur ki, X1 başdaşında onun 1987-ci ildə öldüyü qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 05/Q-115/15 saylı məktubdan görünür ki,X1 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. Beləliklə, məhkəməiclasındamüəyyənolunduki, ərizəçininanası X2 xx xxxxxx 1987-ci il tarixdə yaşadığı Qusar rayonu Xulux kəndində ölmüş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadəsi ilə tam təsdiq olunmuşdur. Ərizəçi anası Tazabəği Şixkərimovanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Hazırda mərhumə Tazabəği Şixkərimovanın mirasına dair vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün həmin şəxsin ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X1 xx xxxxxx 1987-ci il tarixdə Qusar rayonu Xulux kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X1 xx xxxxxx 1987-ci il tarixdə Qusar rayonu Xulux kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-825/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-825/2020
16.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver