Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-829/2023 04.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X18 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərərək, onun və X4 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X12 iştirakı ilə bağlanmış, üçüncü şəxs X8 tərəfindən birgə nikahlarından olan uşaqları 04 sentyabr 2007-ci il təvəllüdlü X6 və 03 aprel 2010-cu il təvəllüdlü X1 üçün hər ay cəmi 500 (beş yüz) manat aliment verilməsinə razılığına dair 06 oktyabr 2021-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə; mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciəti ilə əlaqədar ödədiyi 100 (yüz) manat dövlət rüsumunun və mediasiya prosesi ilə əlaqədar ödədiyi 150 (yüz əlli) manat mediasiya xərclərinin, ümumilikdə 250 (iki yüz əlli) manat pulun üçüncü şəxs X3 alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə nikahı rəsmi qeyd etdirməklə üçüncü şəxs X8 ilə evlənmiş, həmin nikahdan onların 04 sentyabr 2007-ci il tarixə X10 və 03 aprel 2010-cu il tarixdə X11 adlı 2 uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, X3 ayrılmış, aralarındakı nikah Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-131/2022 saylı qətnaməsinə əsasən pozulmuş, boşanmadan sonra azyaşlı uşaqların hər ikisi onun himayəsində qalmışdır. O, üçüncü şəxs X8 ilə birgə nikahdan olan uşaqları 04 sentyabr 2007-ci il təvəllüdlü X6 və 03 aprel 2010-cu il təvəllüdlü X1 üçün aliment tələbinə dair təkliflə X5, daha sonra isə üçüncü şəxs Qusar 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, mediasiya prosesində X8 ilə aliment tələbinə dair mübahisəni mediasiya vasitəsi ilə həll etməyə razılaşmışlar. 06 oktyabr 2021-ci il tarixdə onun, üçüncü şəxs X4 və üçüncü şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru X12 arasında xx.xx.2021-ci il tarixli 3 tərəfli baışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən üçüncü şəxs X8 birgə nikahdan olan uşaqları 04 sentyabr 2007-ci il təvəllüdlü X6 və 03 aprel 2010-cu il təvəllüdlü X1 üçün hər ay cəmi 500 (beş yüz) manat aliment verməyə razılıq vermiş, bu barədə aralarında mediatorun da iştirakı ilə 3 tərəfli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin bağlanmasından sonra ötən bir müddət ərzində üçüncü şəxs X8 barışıq sazişinə uyğun ona hər ay 500 manat aliment ödəmiş, sonra isə alimenti ödəməkdən yayınmağa, barışıq sazişinin şərtlərini pozmağa başlamışdır. Hal-hazırda üçüncü şəxs X4 aliment üzrə ona xeyli borcu yığılmışdır. Faktiki olaraq üçüncü şəxs X8 barışıq sazişini icra etmir, barışıq sazişini icra etməkdən boyun qaçırır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, maraqlı şəxs X8 ərizəçiyə azyaşlı uşaqlarının saxlanması üçün hər ay 500 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüş, bu barədə aralarında barışıq sazişi bağlanmış, Elşad Hacıbalayev 1 il həmin alimenti ödəmiş, lakin, sonradan yayınmağa başlamış, 7-8 aydır ki, heç bir aliment ödəmir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi və 250 manat məbləğində pulun Elşad Hacıbalayevdən tutularaq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatorı X13 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan mediator X12 iştirakı ilə Ərizəçi ilə X8 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, X2 Lalə Ağa qızına 04 sentyabr 2007ci il təvəllüdlü X6 və 03 aprel 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 500 (beş yüz) manat miqdarda alimentin ödnilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, Ərizəçi ilə maraqlı şəxs Elşad Hacıbalayevin arasında xx.xx.2021-ci il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X8 tərəfindən Ərizəçi 04 sentyabr 2007-ci il təvəllüdlü X6 və 03 aprel 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cəmi 500 (beş yüz) manat miqdarda alimentin ödnilməsinə dair Ərizəçi ilə X8 arasında mediator X12 iştirakı ilə bağlanmış 06 oktyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, Ərizəçi barışıq sazişinin təsdiqlənməsi üçün ödədiyi 150 manat, məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədəyi 100 (yüz) manat, cəmi 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti maraqlı şəxs Elşad Hacıbalayevdən alınaraq Ərizəçi verilməsi tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 tərəfindən Ərizəçi 04 sentyabr 2007-ci il təvəllüdlü X6 və 03 aprel 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cəmi 500 (beş yüz) manat miqdarda alimentin ödnilməsinə dair Ərizəçi ilə X8 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X12 iştirakı ilə bağlanmış 06 oktyabr 2021-ci il tarixli barışıq sazişi təsdiq olunsun. Ərizəçi barışıq sazişinin təsdiqlənməsi üçün ödədiyi 150 manat, məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədəyi 100 (yüz) manat, cəmi 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti maraqlı şəxs X3 tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-829/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-829/2023
04.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver