Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-861/2023 19.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Fərman oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümfaktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Fərman oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dairərizə ilə məhkəməyə müraciət edərək,onun doğma oğlu 22 aprel 1986-cı il tarixdə anadan olmuş X6 12 noyabr 1987- ci il tarixdə Qusar rayonunun Urva kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Fərman oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, X6 12 noyabr 1987-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi Ərizəçi Fərman oğluna gələcəkdə özündən qalacaq mirasın vərəsələri arasında bölüşdürülməsi üçün zəruridir. Belə ki, Ərizəçi Fərman oğlunun 12 noyabr 1987-ci il tarixdə vəfat etmiş X4 başqa yenə 2 övladı, habelə həyat yoldaşı vardır. Gələcəkdə Ərizəçi Fərman oğlunun mirasının bölgüsü barəsində məsələ qalxan zaman onun oğlu X6 ölüm haqqında şəhadətnaməsi zəruri olacaqdır. Ona görə də X6 12 noyabr 1987-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi zəruridir.Ona görə də xüsusi icraat qaydasında verdiyi ərizənin dəqiqləşdirilməsi barədə verdiyi bu ərizəni nəzərə alınmasını məhkəmədn xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun doğma oğlu, 22 aprel 1986-cı il tarixdə anadan olmuş X10 doğulduğu vaxtdan cəmi 1 il 6 ay yaşamış, 12 noyabr 1987-ci il tarixdə Qusar rayonunun Urva kəndində vəfat etmiş və Urva kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt oğlu X6 ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, qocalığa görə pensiya hüquqlarını həyata keçirmək istəyir. Lakin oğlu X6 ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsində müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. Ona görə də oğlu X6 ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir.Oğlu X6 həqiqətən də 12 noyabr 1987-ci il tarixdə Qusar rayonunun Urva kəndində vəfat etməsi və Urva kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi oğlunun qəbirinin fotoşəkili, 05 oktyabr 2023-cü il tarixli akt və arayışla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər.O, oğlu X6 həqiqətən də 12 noyabr 1987-ci il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qusar rayon Qeydiyyat şöbəsi bu barədə qeyd aparmaqdan imtina etmişdir.Oğlu X6 həqiqətən də 12 noyabr 1987-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi onun pensiya hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi Fərman oğluna və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan əlavə bildirmişdir ki, işi ilə əlaqədar 19 dekabr 2023-cü il tarixə saat 09:10-a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, iş üzrə məhkəmə baxışı iclasının onun və Ərizəçi Fərman oğlunun iştirakları olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İİ-ФЛ № 436989 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 22 aprel 1986-cı ildə Qazaxıstan Respublikası Kustanay vilayəti Kamsamolski rayonunda anadan olmuşdur. Atası Ərizəçi Fərman oğlu, anası X1r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1986-cı ildə Qazaxıstan Respublikasının Kustanay Vilayəti Komsomol şəhərində anadan olmuş X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan 05 oktyabr 2023-cü il tarixli X5, X2, X9, X3 və X7 tərəfindən tərtib edilmiş aktdan görünür ki,həqiqətən, 22 aprel 1986-cı ildə Qazaxıstan Respublikası Kustanay vilayəti Kamsamolski rayonunda anadan olmuş X10 1986-cı ilin noyabr ayında valideynləri ilə Qusar rayonu Urva kəndinə köçmüşdür . 1987-ci ilin noyabr aymm 12- si Qusar rayonu Urva kəndində vəfat etmişdir və Urva kənd qəbristanlığmda dəfin olunmuşdur. İşdə olan Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 06 oktyabr 2023-cü il tarixli 625 saylı arayışdan görünür ki, həqiqətən , 22 aprel 1986-cı ildə anadan olmuş X13 12 noyabr 1987-ci ildə Qusar rayonu Urva kəndində vəfat etmişdir və Urva kənd qəbristanlığmda dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X612 noyabr 1987- ciil tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün və digər uşaqlarının vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi doğma oğlu, 22 aprel 1986-cı il tarixdə anadan olmuş X6 12 noyabr 1987- ci il tarixdə Qusar rayonunun Urva kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğma oğlu, 22 aprel 1986-cı il tarixdə anadan olmuş X6 12 noyabr 1987- ci il tarixdə Qusar rayonunun Urva kəndində ölməsifaktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-861/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-861/2023
19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver