Məhkəmə qərarları › İş №2(029)-873/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-873/2024

21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-873/2024 21.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək əri X1 29 iyul 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun əri X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Qusar şəhəri 4 nömrəli qəbirstanlıqda dəfn olunmuşdur. Lakin, əri Alim Vəlixanov vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, əvvəlcə Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət edərək mərhum X12 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, lakin həmin sənədin verilməsi mümkün olmamış, həmin publik hüquqi şəxs tərəfindən 13 avqust 2024-cü il tarixli məktub verilmişdir. Həmçinin, Maraqlı şəxsnə müraciət edərək mərhum ərinin adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin orada bildirmişlər ki, X10un ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və məhkəməyə müraciət olunmalıdır. X12 həqiqətən də, 29 iyul 2024-cü il tarixdə vəfat etməsi və Qusar şəhəri 4 nömrəli qəbirstanlıqda dəfn edilməsi Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışla tam təsdiq olunur. Ona görə də, hesab edir ki, mərhum X12 29 iyul 2024-cü il tarixdə Qusar şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizə üzrə tələbini müdafiə etmiş və izahatında göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının əri Alim Vəlixanov 2023-cü ildə xəstələnmiş, onu müalicə etdirsələr də, yaşamamış və vəfat etmişdir. Alim vəfat edəndə təcili tibbi yardıma müraciət etməmişlər, bu səbəbdlən də, onun adına ölüm haqqında şəhadətnamə ala bilmirlər. X10 Qusar şəhərində dəfn edilmişdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçini xeyli müddətdir ki, tanıyır. Ərizəçinin əri Alim Vəlixanovu da tanımışdır. Həmin şəxs 1 il xəstə olmuş, “Oki” klinikasında müalicə olunmuş, lakin sonra vəfat etmişdir. O, həmin şəxsin yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Amaliya Vəlixanovanı tanıyır. Həmin şəxsin əri Alim Vəlixanovu da tanımış, həmin şəxs 1 il xəstə olmuş və sonra vəfat etmişdir. O, Alim Vəlixanovun yas mərasimlərində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə mahiyyəti üzrə baxılaraq qanuna müvafiq qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını göstərmiş, nümayəndənin iştirak edə bilməməsinin üzürlü hal olaraq nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İ-PN 581593 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X8 11 fevral 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və Amalya Həmidova “Vəlixanova” soyadını qəbul etmişdir. İşdə olan Quba rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1864 saylı arayışdan görünür ki, xx.xx.1970-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş X2 29 iyul 2024-cü il tarixdə vəfat etmiş və Qusar şəhər 4 nömrəli qəbirstanlıqda dəfn olunmuşdur. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-54/2-694/2024 saylı arayışdan görünür ki, xx.xx.2024cü il tarixdə ünvan 1 ünvanında xəstə Alim Vəlixanova görə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təcili X5 Şöbəsində çağırışla ünvanda tibbi yardım göstərilmişdir. Lakin, xx.xx.2024-cü il tarixdə (vəfat etdiyi tarix) təcili yardım stansiyasına çağırış edilməmiş və ölüm halının qeydiyyatı aparılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Alim Vəlixanovun ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 24 avqust 2024-cü il tarixli 3-16-5/8-2xxxx/2024 saylı məktubdan görünür ki, X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1970-ci ildə Qusar rayonu Hil kəndində anadan olmuş X1 29 iyul 2024-cü il tarixdə Qusar şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə Qusar rayonu Hil kəndində doğulmuş X1 29 iyul 2024-cü il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar