Məhkəmə qərarları › İş №2(029)-899/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-899/2023

22.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-899/2023 22.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək X1 xx.xx.2022-ci il tarixdə yaşadıqları Qusar rayonu Gedəzeyxur kəndindəki evdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1978-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuşdur. X3 xx.xx.1954-cü il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş və xx.xx.2022-ci il tarixdə yaşadıqları Qusar rayonu Gedəzeyxur kəndindəki evdə vəfat etmiş və Qusar rayonu Gedəzeyxur kəndindəki qəbristanlığında dəfn edilmişdir. X3 vəfat etdiyi vaxtda ölümü barədə həkim arayışı alınmamışdır. O, Maraqlı şəxsnə ərizə ilə müraciət edərək anası X2 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin Maraqlı şəxs anasının ölümünü təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümünün qeydə alınmasından imtina etmiş və ona X4 vəfat etməsi faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. X4 vəfat etməsi faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun həyata keçirilməsi üçün lazımdır. X1 xx.xx.2022-ci il tarixdə yaşadıqları Qusar rayonu Gedəzeyxur kəndindəki evdə vəfat etməsi və kənd qəbristanlığında dəfn edilməsi, dəfnində iştirak etmiş şahidlərin, müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Bundan başqa bu halı məhkəmə iclası zamanı digər şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbini müdafiə edərək tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək iş üzrə qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmış, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Gedəzeyxur kəndində yaşayır, Ərizəçi tanıyır, həmin şəxs onun həmkəndlisi və qohumudur. Ərizəçinin anası yaşadığı evdə, tövləyə inək sağmağa gedərkən inəyin onu vurması nəticəsində ölmüşdür. Ərizəçinin anası yaşadıqları kəndin qəbiristanlığında dəfn edilmiş, o, həmin şəxsin yas mərasimlərində iştirak etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE 03338043 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1954-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmuşdur. İşdə olan həkimə qədər ölüm halını təsdiq edən aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində xx.xx.1954-cü il təvəllüdlü X4 ölümü qeydə alınmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli 222 saylı arayışdan görünür ki, 05 sentyabr 1954-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05-Q-100/15 saylı məktubdan görünür ki, X4 ölümünün qeydə alınması barədə müraciətlə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X4 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət edilməsi izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1954-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş X4 28 iyun 2022ci il tarixdə Qusar rayonun Gedəzeyxur kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1954-cü il tarixdə Qusar rayonunun Gedəzeyxur kəndində doğulmuş X4 28 iyun 2022-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar