Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-916/2021 24.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 25 may 2018-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 01 avqust 1971-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuşdur. X2 25 may 2018-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. X1 adında vəfat etməmişdən əvvəl Qusar rayonu Yuxarı Zeyxur kənd ərazisində pay torpaq sahəsi olmuşdur və hal-hazırda həmin pay torpaq sahəsi onun miras kütləsinə daxildir. Halhazırda o, mərhumun qanun üzrə birinci dərəcəli varisidir. Bu yaxınlarda o, həmin pay torpaq sahəsini tərəfindən qəbul edilməsi üçün müvafiq sənədlər toplayarkən məlum olmuşdur ki, mərhum anasının ölüm haqqında şəhadətnaməsi yoxdur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona bildirmişlər ki, mərhum anasının ölümü haqqında akt qeydiyyatı tapılmamışdır. Daha sonra o, mərhum anası üçün ölüm haqqında şəhadətnamə almaq üçün təkrar Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan bildirmişlər ki, mərhum anasının ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir və o, məhkəməyə müracit etməlidir. X1 həqiqətən də 25 may 2018-ci il tarixdə yaşadıqları Qusar rayonu Yuxarı Zeyxur kəndində vəfat etməsi və həmin kənddə yerləşən qəbirstanlıqda dəfn edilməsi müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışla, eləcə də onları tanıyan qahumların və tanışların ifadələri ilə tam təsdiq olunur. Beləliklə mərhum anasının ölümü haqqında şəhadətnaməsi olmadığından o, özünün vərəsəlik hüququnu həyata keçirə bilmir. Ona görə də mərhum anasının 25 may 2018-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi o, mərhum anasının ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, X1 25 may 2018-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Həmçinin bildirir ki, təyin olunmuş məhkəmə iclasına gələ bilmir, xəstələnmişdir, buna görə də işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılamsını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin şöbənin rəisi X12 isə məhkəməyə ərizə göndərərək işə xidməti zərurətlə əlaqədar onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 20 avqust 1971-ci il tarixli АЗБ № 079207 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 01 avqust 1971-ci il tarixdə anadan olmuşdur. X7, X2dır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli 649 saylı arayışdan görünür ki, X5 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında qeyd tapılmamışdır. Arxiv məlumatları 25.05.2018-10.09.2021-ci illər üzrə yoxlanılmışdır. İşdə olan X13, X6 və Nümayəndə tərəfindən tərtib edilmiş 31.08. 2021-ci il tarixli aktdan görünür ki, X5 həqiqətən Yuxarı Zeyxur kəndində yaşamış, 25 may 2018-ci il tarixdə vəfat etmişdir və Yuxarı Zeyxur kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, X5 25 may 2018-ci il tarixdə vəfat etmişdir və Yuxarı Zeyxur kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 09.09.2021-ci il tarixli 05/Q- 223/15 saylı məktubdan görünür ki, şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri mümkündür. Ona görə də, X3 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməsi Ərizəçi tövsiyyə olunmuşdur. İşdə olan Qusar RİHB-nın Yuxarı Zeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.08.2021-ci il tarixli 167 saylı arayışdan görünür ki, Ərizəçi mərhum X2 25 may 2018-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan JN-224 KOD 30100028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/6 nömrəli qərarı ilə Qusar rayonu Yuxarı Zeyxur kəndində yerləşən 5.58 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Mustafayeva Sultanxanumun və X8 xüsusi mülkiyyətlərinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, həqiqətən də, ərizəçinin X2 25 may 2018-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində ölmüş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum anası Sultanxanım Mustafayevanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X3 25 may 2018-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X3 25 may 2018-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-916/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-916/2021
24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver